Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Qüdrətli qələm sahibi Nizami Gəncəvinin 870 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir

“Nizami Gəncəvinin əsərləri təkcə şeirdən ibarət deyildir. Onların hər birində böyük elm, fəlsəfə və dahi fikirlər vardır. Buna görə də onun əsərləri də, özü də yaşayır və yaşayacaqdır.

Ümummilli lider Heydər Əliyev

Ölkəmizdə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Bu tədbirlər Gəncə Şəhər İcra Hakimiyyətində dahi şairin 870 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi-praktiki konfransla başlamışdır.

Konfransda Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Misir Mərdanov məruzə ilə çıxış edərək Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanmış sərəncamı milli-mədəni irsimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi sahəsində dəyərli töhfə olduğunu qeyd etmişlər.

Dahi mütəfəkkirə həsr edilmiş tədbirlər oktyabrın 1-də Bakıda Heydər Əliyev Sarayında davam etdirilmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev,  Misirin məşhur İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin, Qazaxıstan Respublikasının UNESCO-dakı daimi nümayəndəsi Oljas Süleymenov, xalq yazıçısı Anar,  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, İtaliya Şərqşünaslıq İnstitutunun professoru, türkoloq Mikeli Bernandini dahi şairin irsinin əhəmiyyətindən danışmışlar. Rəsmi çıxışlardan sonra tədbir maraqlı konsert proqramı ilə davam etmişdir.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubiley tədbirlərində dünyanın 45 ölkəsindən 156 nümayəndə iştirak etmişdir.

Gəncədə keçirilən tədbirlər haqqında ətraflı məlumatla qəzetin gələn sayında bölgə müxbirimiz Z.İlyasovun yazısında tanış ola bilərsiz.