Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret
“Mən də bir nəğməkar balanam, Bakı”

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan unudulmaz şairimiz  Tofiq Bayramın bu il “Ay anam Bakı” adlı kitabı  işıq üzü görmüşdür. Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlər toplanmışdır. Sevilən şairin şeirlərinin əsasını Vətənə, yurda, insana məhəbbət hisləri təşkil edir. Onun ilk səhifəyə daxil edilən və kitabın adının da adlandırıldığı “Bakı haqqında nəğmə” şeiri  özündə məhz qeyd edilən  hisləri ehtiva etməklə bərabər, şairin Bakıya vurğunluğunu,  məhəbbətini, zəngin tarixə malik olan şəhərin gözəlliyinə heyranlığı haqqında  düşüncələrini  əks etdirir:

Üzünə şəfəqdən təbəssüm qonur,
Qoynunda Ay çimir, Günəş yuyunur.
Sənsən torpağı nur, sənsən suyu nur,
Mən nurdan yaranmış damlanam, Bakı,
Ay anam Bakı!

Şəhərlər içində fəxri yerin var,
Tarixdə yaşayan min hünərin var.
Məğrur övladların, nəvələrin var,
Mən də bir nəğməkar balanam, Bakı,
Ay anam Bakı!

Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan Tofiq Bayram öz yaradıcılığı ilə insanların qəlbinə yol tapmağı bacaran, özünə xas üslubu, dəst-xətti ilə seçilən şairlərdəndir. T. Bayramın yaradıcılığı zəngin və çoxşaxəlidir. Belə ki, o, uşaq və satirik şeirlər, eyni zamanda, poema və pyeslər müəllifidir. “Ay anam Bakı” kitabına da şairin bu cür zəngin yaradıcılıq nümunələri daxil edilmişdir. Kitabda, eyni zamanda, “Əmircan lövhələri”, “Onluqlar” başlıqları altında  çoxsaylı şeirlər toplanmışdır. Onun  şeirlərinin əsasını  insan və xalq sevgisi təşkil edir.  Əsərlərində güclü lirizm və romantika olan şair qadınlara da şeirlər həsr etmiş və onları xüsusilə bir ana olaraq  yüksək qiymətləndirmişdir.  Bu baxımdan onun  “Bir qadına” şeiri maraqlıdır. Bu şeirdə o, qadınların uşaq kimi həssas, kövrək olduğunu bildirir, qadın ürəyini damlaya, ümmana, hətta xəstə üçün ən gözəl dərmana bənzədir:

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.

Tofiq Bayramın  qadına verdiyi qiymət yalnız bu şeirində deyil, “Bir qadına”, “Ananın səsi”, “Anam ağlayır”, “Ananın dərdi” kimi şeirlərində də öz əksini tapmışdır.
Misilsiz söz ustası olan şairin zəngin daxili dünyasını əks etdirən bu kitabda, eyni zamanda, müxtəlif sənətkarların xatirəsinə həsr olunmuş şeirlər də yer almışdır.
Tofiq Bayramın ən yaxşı əsərlərinin geniş şöhrət tapması təkcə  müəllifin öz şeirlərini oxuculara daha təsirli və gözəl şəkildə çatdırmasına görə yox, həm də o şeirlərin təsir qüvvəsi ilə əlaqədar olmuşdur. O, öz şeirlərini gur və qüvvətlə, bəzən də aşırı pafosla oxuya bilirdi. Məhz belə bir şairin  qələmindən çıxan və onun öz şair nəfəsi ilə səsləndirilən şeirlərin rəğbət qazanması heç də təsadüfi deyildir.
Öz şeirləri ilə insanların qəlbinə yol tapmağı bacaran şair cəmi 57 il yaşasa da,  xalqımıza gözəl yaradıcılıq nümunələri və zəngin irs qoyub getmişdir. Digər kitabları kimi bu kitabın da şeirsevenlər üçün böyük töhfə olacağına ümidvarıq.
                                                                                
Mətanət Hüseynova