Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Səninlə sənsizlikdə...

 (Firuzə Səmədzadənin xatirəsinə)

Üç ildir ki, sənsizliklə yaşayıram. Sən var ikən, səni hər gün görməsəm də sənsiz yaşaya bilirdim. Nə gözlərimdə həsrət, nə ürəyimdə nisgil, nə çiyinlərimdə ayrılıq yükü vardı. Həsrətin bu qədər çətin, nisgilin bu qədər acı, ayrılığın bu qədər ağır olduğunu bilmirdim. Bilmirdim ki, sənsizlik məni belə ağrıdacaq, sıxacaq.

Sən yox ikən sənsiz yaşamaq necə çətinmiş... Əgər bilsən necə darıxıram səninçün. Elə hey adamlar arasında səni axtarıram. Gözlərim çöhrən üçün, qulaqlarım səsin üçün, dodaqlarım adın üçün bilsən necə qəribsəyir. Kövrək-kövrək ötən illərə boylanıram. O illərdə ilişib qalan sənli günlərimə həsəd aparıram. Ürəyimdən bir gizilti keçir: ”Kaş geriyə dönəydilər...” Nə edəsən zaman ürək dinləmir, geri dönmür. Yalniz xəyallar məni geriyə aparır...

...Qapıya yaxınlaşıb zəngi çalıram. Qapını sən açırsan. Həmişə olduğun kimi gülərüzlə, mehriban səslə  məni içəri dəvət edirsən. Mətbəxə keçirik. Yenicə dəmlədiyin çaydan hərəmizə bir fincan süzüb otururuq. “Hə” - deyib sözə başlayırsan - “ neçə gündür yoxsan. Hardasan? Danış görüm, nə var-nə yox?” Mən də anlatmağa başlayıram. Həm sevincimi, həm kədərimi səninlə bölüşürdüm. Sən mənim sirr ortağım idin. Heç kimə, anama belə deyə bilmədiyim sirlərimi rahatlıqla sənə danışırdım. Çox diqqətli, səbirli dinləyici; çox ağıllı, uzaqgörən məsləhətçi idin. Həmişə əlimdən tutmağa, dayaq olmağa hazır idin. Məni elə sahiblənmişdin ki...Özümü səninlə güclü və rahat hiss edirdim. Çünki həmişə güvənə biləcəyim sən vardın. Bu enişli-yoxuşlu həyat yolunu mənim üçün asanlaşdırmağa hazır olan SƏN. Çox qəribə bir insandın. Sanki xeyirxahlıq mələyiydin. Hamıya kömək etməyə hazır idin. Bu dünyada heç dərdin yoxmuş kimi həmişə şən görünərdin. Üzünün nuru, səsinin ahəngi adama qəribə bir rahatlıq verirdi. Yəqin elə buna görə də sənsizlik səni taniyan, həyatında olduğun hər kəsə çətindir. Həmişə bir istilik, rahatlıq, doğmalıq olan mənzilin belə, sənsizlik sükutu yaşayır indi. Bu mənzildə ömür-gün yoldaşın Ziyad müəllim, oğlun Elşad sənsizlik həsrəti çəkirlər indi. Qızların Aygün və Aytən bu mənzilə sənsizlik nisgili ilə gəlirlər indi.

Canim mənim, sənə olan sevgi bu sükutu da, bu həsrəti də, bu nisgili də üstələyir. Sənsiz səninlə yaşayırıq biz. Ölüm sevinməsin qoy! O  səni bizim yanımızdan apara bildi. Ürəklərimizdən qopara bilmədi. Sən həmişə bizimləsən.

Aybəniz