Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Tanınmış iqtisadçı alim, müəllim və ziyalı

Yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında nümunəvi xidmətləri olan müəllimlərdən biri, gözəl və xeyirxah insan Azərbaycan Dövlət  İqtisad Universitetinin müəllimi Hacı Paşa Qurbanəli oğlu Muradovdur (Kəngərli). O, Naxçıvan MR Kəngərli rayonunda füsunkar təbiəti, tarixi  ənənələrilə fərqlənən, havasından da, suyundan da söz, elm qoxusu gələn  Qarabağlar kəndində 1932-ci ildə dünyaya gəlmişdir. Uşaqlıq və yeniyetmə  dövrü  Qarabağlarda keçən Paşa müəllimin təfəkkürünün formalaşmasında onu əhatə edən mühitin böyük təsiri olmuşdur. Məlumdur ki, Kəngərli tarixlər  boyu ziyalılar, dövlət xadimləri, hərbçilər yetişdirən bir mahal kimi tanınmışdır.

P.Muradov (Kəngərli)  1949-cu ildə Cəlil Məmmədquluzadə adına iki illik Naxçıvan Pedaqoji İnstitutunun «Fizika-riyaziyyat» fakültəsinə daxil olaraq 1951-ci ildə institutu bitirmiş və həmin il K. Marks adına Azərbaycan Xalq  Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti)  «Uçot-iqtisad» fakültəsinə daxil olmuşdur. 1955-ci ildə adıçəkilən institutu «Statistika» ixtisası üzrə bitirərək iqtisadçı ixtisasını almışdır. Bir müddətdən  sonra Azərbaycan KP MK yanında Ali Partiya məktəbinin «Kadrideologiyası» fakültəsini bitirmişdir.

P. Muradov 1980-ci ildən dosent və 2007-ci ildən isə professor vəzifəsində  çalışır. 57 ildən artıq bir dövr ərzində öz ixtisası üzrə müxtəlif vəzifələrdə  nümunəvi xidmətlər göstərmişdir. 1955-ci ildə dövlət təyinatı əsasında Paşa  Muradov (Kəngərli) Naxçıvan MR Culfa rayonunun Statistika İdarəsinə  müdir vəzifəsinə göndərilmişdir. Sonra Muradov Naxçıvan MR avtonəqliyyat  idarəsində baş iqtisadçı, Naxçıvan MR Maliyyə Nazirliyinin nəzarətçi müfəttişi, Şərur rayonu Pambıqtəmizləmə Zavodunda  istehsalat müdiri-direktor müavini, Naxçıvan MR Üzümçülük-Şərabçılıq Trestinin plan maliyyə şöbəsinin rəisi, Şərur rayon 3 saylı Tütünçülük sovxozunun direktoru vəzifəsində işləmişdir.

Paşa Muradov istehsalatda işlədiyi dövrlərdə elmi-pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1972-ci ildə akademik Əhməd Mahmudovun rəhbərliyilə “Pambığın maya dəyəri və onun aşağı salınması yolları” adlı dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

O, daha sonra Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən Şərur rayonunun 3 saylı sovxozuna direktor vəzifəsinə irəli çəkilmişdir.

Paşa Muradov 1974-cü ildən Bakı şəhərində elmi-pedaqoji fəaliyyətə başlamışdır. O, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin  Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi, 1977-1980-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Elm” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Bu müddət ərzində Azərbaycanın müxtəlif rayonlarının iqtisadiyyatını inkişaf etdirmək məqsədilə təsərrüfat hesablı elmi işlər aparmış və rayonların iqtisadiyyatının yüksəlməsinə yaxından kömək etmişdir.

1981-ci ildə “Üzümçülüyün iqtisadi səmərəliliyinin yüksəldilməsi ehtiyatları 1981-1985-ci illər” (İsmayıllı rayon sovxozlarının timsalında), 1991-ci ildə “Ağcabədi rayonunun təsərrüfatlarında istehsalın iqtisadi faydalılığının yüksəldilməsi məsələləri”,  “Beyləqan rayonunun təsərrüfatlarında bazar iqtisadiyyatı şəraitində istehsalın iqtisadi faydalılığının yüksəldilməsi problemləri” adlı elmi işləri dövlət qeydiyyatına alınmaqla rayonların Aqrar-Sənaye Birliklərinə tətbiq üçün verilmişdir.

Hazırda respublikamızın iqtisadiyyatının sərbəst bazar iqtisadiyyatı prinsipləri üzrə inkişafı ilə əlaqədar olaraq idarəetmənin yeni tələblər səviyyəsində qurulması respublikada uçot və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılmasını, onu dərindən bilən yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasını tələb edir.

Bütün bunları nəzərə alaraq, iqtisadçı alim Muradov son illərdə bu istiqamətdə müxtəlif dərslik və metodiki vəsaitlərin, habelə tədris proqramlarının hazırlanmasına xüsusi diqqət yetirmişdir. O, Azərbaycan Dövlət İqtisad Universitetində və başqa iqtisadyönümlü universitetlərdə tədris olunan “Statistikanın ümumi nəzəriyyəsi”, “Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələrinin statistik öyrənilməsi”, “Maliyyə statistikası” adlı dərslik, dərs vəsaiti, metodiki göstərişlər hazırlamış və nəşr etdirmişdir. Hazırda həmin dərsliklərdən geniş istifadə olunur.

Respublika Prezidentinin 26 dekabr 2007-ci il tarixli sərəncamına əsasən  «2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair» Dövlət Proqramı son illər ölkədə aparılan islahatları hərtərəfli əks etdirən statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması və  Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi məqsədini  daşıyır. Buna əsaslanan P.Muradov rəsmi statistik məlumatlar əsasında  Azərbaycan Respublikasının bütün sahələrinin inkişafının dinamikasını xarakterizə etmək üçün «Statistikanın ümumi nəzəriyyəsi» adlı dərsliyini işləyib hazırlamış və nəşr etdirmişdir. Dərslik elmi ictimaiyyət tərəfindən  maraqla qarşılanmışdır.

P. Muradov fəlsəfə elmi üzrə də qələmini sınayaraq 50 ç.v. həcmində «Peyğəmbərlər və İslam tarixi» «İslam dininin hökmləri» monoqrafiyalarını nəşr etdirmişdir.

P. Muradov universitetin ictimai işlərində fəal iştirak edir və  professor-müəllim heyəti və tələbələr arasında yüksək nüfuza və hörmətə malikdir. Paşa müəllimin tələbələrlə mehriban davranışı, gənc müəllimlərə verdiyi müdrik  məsləhətlər, onun əsl ziyalı olduğuna dəlalət edir.

P.Muradov işlədiyi bütün dövr ərzində özünü bilikli müəllim kimi  göstərməklə, daim öz üzərində çalışır. «Uçot-iqtisad» fakültəsinin bütün  tədbirlərində yaxından iştirak etməklə, tədris işlərinin səviyyəsinin yüksəldilməsinə öz əməli köməkliyini əsirgəmir, kafedrada elmi-pedaqoji işlərin keyfiyyətinin yüksəldilməsinə və yeni mühazirə mətnlərinin yazılmasına  yaxından köməklik göstərir.

P. Muradov siyasi cəhətdən savadlı, ideya möhkəmliyi, təmkinli olmaqla yanaşı bütün iqtisadi məsələləri müstəqil həll etmək qabiliyyətinə malikdir. Onun uzun müddət ərzində istehsal sahələrində rəhbər işlərdə  işləməsi və  təcrübə əldə etməsi apardığı mühazirə və məşğələlərin keyfiyyətinə əhəmiyyətli  təsir göstərir.

Paşa müəllim hazırda ömrünün müdrik dövrünü yaşayır. O, həmişə  olduğu kimi  enerjilidir, yeniliyə can atır, başqalarını da buna sövq edir.  Tanınmış iqtisadçı alim, təcrübəli təşkilatçı professor Hacı Paşa Qurbanəli oğlu Muradova (Kəngərli) uzun ömür, cansağlığı və Azərbaycan elm və  təhsilinin daha da inkişaf etdirilməsi yolunda uğurlar diləyirik.

 Sakit YAQUBOV,

ADİU-nun «Statistika» kafedrasının müdiri,

iqtisad elmləri doktoru, professor


Sifariz SƏBZƏLİYEV,

ADİU-nun «Mühasibat uçotu» kafedrasının müdiri,

 iqtisad elmləri doktoru, professor