Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

KƏRİM PAŞAYEV – 75

75 İLLİK ŞƏRƏFLİ ÖMÜR

Kərim Paşa oğlu  Paşayev  1936-cı il iyun ayının  29-da Qarabağın tarixi kəndlərindən olan Bərdə rayonunun (keçmiş Ağcabədi rayonu) Lənbəran kəndində ziyalı ailəsində doğulmuşdur. Atası Paşa Kərim oğlu Paşayev Kənd Sovetinin sədri, kolxoz sədri, RAYPO-nun sədri və s. vəzifələrdə işləmişdir. Böyük qardaşı Fikrət Əfəndiyev 26  il  müxtəlif rayonlarda Partiya Komitəsinin I katibi vəzifəsində çalışmişdir.

1954-cü ildə o,  K.Marks adına Xalq Təsərrüfatı İnstitutunun «Ticarət-İqtisad» fakültəsinə daxil olmuş  və 1958-ci ildə həmin İnstitutu bitirmişdir. Sonra o, Sumqayıt Şəhər Komsomol  Komitəsinə  təlimatçı vəzifəsinə  təyin edilmişdir.

Elmə olan həvəsi onu yenidən instituta qaytarır. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin «Sahələr  iqtisadiyyatı»  kafedrasına baş laborant  vəzifəsinə işə götürülür. 1962-cı ildə Universitetin  aspiranturasına  daxil olur və təhsilini davam etdirmək üçün Plexanov adına Moskva  Xalq Təsərrüfatı  İnstitutunun  aspiranturasına  ezam edilir.

Aspiranturada oxuduğu dövrdə institutun ictimai fəaliyyətində  yaxından iştirak  etmiş və institutun  fəxri fərmanı ilə təltif edilmişdir. Aspiranturada  onunla birlikdə  İmanov Nazim, Nəsirov Talıbxan və digərləri təhsil almışlar. Aspiranturada  oxuduğu dövrdə SSRİ Elmlər Akademiyasının aspiranturasında təhsil alan azəbaycanlı aspirantlardan tanınmış alim akademik Ziyad Səmədzadə,  Azərbaycan Partiya Məktəbində  dərs demiş mərhum Fikrət Bağırov, Az.DİU-nun   dos. Həsənova Marta və digərləri ilə tez-tez görüşüb  təmasda olmuşdur.

1965-ci ildə aspiranturanı bitirdikdən sonra Azərbaycan Dövlət   Universitetinin «Ticarətin iqtisadiyyatı  və təşkili» kafedrasına müəllim təyin edilmişdir.  O, 1966-cı ilin fevralında  namizədlik  dissertasiyasını müdafiə etmiş, aprel  ayında isə SSRİ  Ali Attestasiya  Komitəsi  tərəfindən onun  namizədlik  dissertasiyası təsdiq edilmişdir.

1966-cı ilin iyul ayında  Azərbaycan Dövlət  Universitetinin «İqtisad» fakültəsinin bazasında  yenidən  Azərbaycan  Xalq Təsərrüfatı İnstitutu təsis edilmişdir. Kərim Paşayevin  bütün gələcək fəaliyyəti bu institutla  bağlı olmuşdur. 1966-cı ilin sentyabr ayında  o, «Əmttəəşünaslıq»  fakültəsinin  axşam şöbəsinə dekan təyin edilmişdir. 1967-ci ildə   bütün axşam şöbəsinin fakültələri birləşmiş və institutun axşam şöbəsi yaradılmışdır. Kərim Paşayev  axşam fakültəsinin dekan müavini təyin edilmiş və 1970-ci ilə qədər orada işləmişdir.

1970-1979-cu illərdə  kafedranın dosenti  kimi  öz fəaliyyətini davam etdirmiş, eləcə də öz elmi işi (doktorluq dissertasiyası) üzərində işləmişdir. 1975-ci ildə  doktorluq dissertasiyasını bitirib müzakirə üçün kafedraya  təqdim etmişdir. Bəzi səbəblərdən 1980-cı ilə qədər  dissertasiya müdafiəyə buraxılmamışdır.  1980-cı ildə  professor  Zeynal Ələkbərov  tərəfindən  professor  Mədət Allahverdiyev, professor Ərəstun Axundov rəsmi rəyçi kimi dəvət edilmişlər. İş müdafiəyə buraxılmış, lakin  o vaxtlar institutda  doktorluq  dissertasiyasının müdafiəsinə icazə verilmədiyindən iş müdafiə üçün  Moskva adına Moskva  Xalq Təsərrüfatı  İnstitutuna  göndərilmişdir.

1981-ci ilin fevralında  doktorluq  dissertasiyası müdafiə edilmiş, sentyabr ayında isə təsdiq edilmiş və  Kərim Paşayevə iqtisad elmləri doktoru adı verilmişdir.

Bu dövrdə Kərim Paşayevin Moskva şəhərində «Gkonomika»  nəşriyyatında «Upravlenie optovoy torqovli» adı altında  12 ç.v. həcmində monoqrafiyası, SSRİ Bilik cəmiyyəti  tərəfindən «Orqanizaüiə truda  v torqovle» 5 ç.v. həcmində, proşurası, «Sovet  ticarəti», «Kommersiya  xəbərləri» və s.  digər jurnallarda onlarla məqaləsi nəşr olunmuşdur.

Doktorluq dissertasiyası təsdiq olunduqdan  sonra  onlarla  namizədlik dissertasiyasının  və bəzi  doktorluq  dissertasiyalarının rəsmi  opponenti  kimi çıxış etmişdir. Bunların içərisində İraq vətəndaşı, Bolqarıstan vətəndaşı, Polşa vətəndaşı, Orta Asiya respublikasından, Gürcüstan  və digər ölkələrin  vətəndaşları olmuşlar.

Bu dövrlərdə  Kərim Paşayevin  «Ticarət və ictimai iaşə  işçilərinin sorğu  kitabı» (müəlliflərlə bir yerdə 12 ç.v.), «Topdan ticarətin  iqtisadi  səmərəliliyi» (8 ç. v.), «Ticarətin idarə edilməsi» (i.e.n., prof. Tofiq Məmmədovla bir yerdə 22 ç.v.)  kitabları «Azərnəşr»də çap edilmişdir.

«Ticarətin  idarə edilməsi» I hissə, «Ticarətin idarə edilməsi» II hissə, «Sənaye malları ticarətinin təşkili», «Anbar  təsərrüfatının inkişafı»  və s.  proqram, metodik-göstəriş, dərslik  və dərs vəsaiti, kafedra üzvləri ilə  birlikdə  institutun  nəşriyyatında  nəşr edilmişdir.

Kərim müəllim Azərbaycan Kommunist Partiyasının Mərkəzi  Komitəsinin  qərarı ilə 1981-ci ildə  «Gəncə Texnologiya İnstitutu»nun I prorektoru təyin edilmiş,  sonralar  ailə  vəziyyəti  ilə əlaqədar Bakı şəhəri Azərbaycan Pedaqoji  Universitetinə   prorektor  keçirilmişdir.

Kərim Paşayev 1989-cu ildə Təhsil Nazirliyi Elm İdarəsinin rəisi  vəzifəsində çalışmış və sonralar təhsil nazirinin müavini  təyin  edilmişdir.

1993-cü ildə  Azərbaycan  İqtisad Universitetinə «Marketinq və ticarət» kafedrasına  professor təyin  edilmişdir.

2005-ci ildə isə o, «Marketinq  və ticarət» kafedrasının,  sonra yeni yaradılmış «Ticarət»  kafedrasının  müdiri təyin edilmişdir. Hal-hazırda da bu vəzifədə çalışır.

Kafedrada  37  nəfərə  yaxın müəllim heyəti  fəaliyyət göstərir. Kafedranın 2 üzvü   elmlər doktoru, professor, 20 nəfər  elmlər namizədi. dos., 5 nəfəri  elmlər namizədi baş müəllim, digərləri  isə  müəllim  və baş müəllim vəzifələrindədir.

Kərim müəllim kafedranın müdiri  işlədiyi dövrdə  kafedranın üzvləri onlarla dərslik, dərs vəsaiti  çap etdirmiş, kafedrada  keçirilən bütün fənlər üzrə  proqram və metodik-göstərişlər  çap etdirilmiş, onlarla  aspirant və dissertant öz elmi işlərini müdafiə etmiş, bakalavr və magistr bölmələrində   tələbələrlə  daima iş aparılmışdır.

Bu dövrdə Kərim Paşayev 2009-cu ildə «Ticarətin idarəedilməsi (menecment)» dərslik   25 ç.v., 2010-cu «Kommersiya fəaliyyətinin əsasları»  (dərslik) 36 ç.v., 2011-ci il «Kommersiya  menecmenti» (interaktiv formada) 20 ç.v.  və s. dərs vəsaitləri çap etdirmişdir.

Kərim Paşayev  Azərbaycan Dövlət İqtisad Unversitetinin Elmi Şurasının   Metod və Müdafiə Şurasının üzvüdür.

Alimi 75 illik yubileyi münasibətilə təbrik edənlərə biz də qoşulur, ona uzun ömür, can sağlığı, elmi fəaliyyətində uğurlar arzulayırıq.

“İQTİSADİYYAT”