Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Fərhad Əliyev – 60

ZİYALILIĞIN ZİRVƏSİ

Bu günlərdə uzun illər elm və təhsil sistemində çalışan istedadlı mütəxəssis, öz işinin mahir ustası, professional iqtisadçı, zəhmətkeş insan, əsl ziyalı Fərhad  Əliyevin 60 yaşı tamam olur. Yubileyi münasibətilə onu təbii ki, dostları, qohumları, həmkarları təbrik edir. Biz də bu təbriklərə qoşulur, onun haqqında deyilən xoş sözləri oxucularımızla bölüşürük.

Fərhad Əliyev 1951-ci il dekabrın  3-də Azərbaycanın dilbər guşələrindən biri olan Bərdə rayonunun Alpoud kəndində  dünyaya göz açmışdır. 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-İqtisad fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni “Mühasibat uçotu” ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1972-ci il avqust ayının 1-dən Respublika Toxumçuluq Birliyində iqtisadçı kimi başlamış, 1974-1982-ci illərdə Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin Mərkəzi aparatının Plan-maliyyə şöbəsində böyük, aparıcı və baş iqtisadçı vəzifələrində çalışmışdır.

1978-1980-ci illərdə Azərbaycan SSR Mərkəzi Komitəsinin Marksizm–Leninizm Universitetinin ideoloji kadrlar fakültəsinin iqtisadiyyat şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1982-ci ildə Təhsil Nazirliyinin Təftiş və Nəzarət şöbəsinə rəis vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1988-ci ilin oktyabr ayına kimi çalışmışdir. 1988-1993-cü illərdə Xalq Təhsili Nazirliyinin Mühasibat uçotu, hesabat və nəzarət idarəsində aparıcı iqtisadçı, idarə rəisinin müavini və 1993-cü ildən etibarən hazırkı  dövrə qədər Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin Mühasibat uçotu və Hesabat sektorunun müdiri vəzifəsində çalışır.

2000-ci il avqustun 31-də Amerika Birləşmiş Ştatların Nyu-York şəhərində yerləşən Beynəlxalq Daxili Auditorlar İnstitutuna üzv seçilmiş və həmin institutun 1048035 saylı Beynəlxalq Sertifikatını almışdır. 2006-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Mühasiblərinin 17-ci Beynəlxalq  Konqresində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmişdir. Daxili Auditorların “Audit Azərbaycan” institutunun idarə heyyətinin 2011-ci ilin iyun ayında institutun yeni tərkibində İntizam komitəsinin sədri vəzifəsinə təsdiq olunmuşdur.

Təhsil Nazirliyində Mühasibat uçotunun təşkili, təkmilləşdirilməsi, uçot əməliyyatlarının avtomatlaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərmiş, ona tapşırılan işlərə yaradıcı məsuliyyətlə yanaşmışdır. Respublikanın müxtəlif nəşriyyatlarında çap edilmiş bir kitab və 40-a yaxın elmi –praktik məqalə və tezislərin müəllifidir.  “Maliyyə və Ucot” jurnalında 2007-2010-cu illərdə cap edilmiş məqalələri praktik əhəmiyyətinə və aktuallıgına görə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin”Prezident Kitabxanası”nda saxlanılan məqalələrin siyahısına əlavə edilib.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 03 oktyabr tarixli 1754 N-li Sərəncamı ilə  Azərbaycan təhsilinin inkişafında xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Akademik Ziyad SƏMƏDZADƏ:

- Fərhad müəllimi uzun illərdir ki, professional iqtisadçı kimi tanıyıram. Mühasibat üçotu iqtisad elminin ən mühüm, zəruri  sahələrindən biridir. Bu sahədə çalışan insanlar professionallığı, dəqiqliyi, məsuliyyəti ilə fərqlənirlər. SSRİ-nin tərkibində olduğu zaman Azərbaycanda da bu sahənin rolu böyük olmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadi həyatın digər sahələrində olduğu kimi, təhsil sistemində mühasibat uçotunun  yeni prinsiplər əsasında qurulması, təşkili ön plana çəkilmişdir. Sevindirici haldar ki, uzun illər tanıdığım Fərhad müəllim də mühasibat üçotu sahəsində fəaliyyət  göstərir.

Mənim bu insanla tanışlığım 1978-1982-ci illərdə Xalq təsərrüfatı institutunda elmi işlər üzrə prorektor işlədiyim  vaxtlardan başlayıb.  Bu insan ilk növbədə səmimiliyi, mehribanlığı ilə seçilirdi. O vaxt təhsil naziri Qurban Əliyev idi.  Mən tutduğum vəzifə ilə əlaqədar Təhsil Nazirliyində keçirilən tədbirlərdə tez-tez iştirak edirdim. Fərhad müəllimin məsuliyyətli, peşəkar, işə can yandıran insan olduğu mənim diqqətimi o vaxtdan cəlb etmişdi.

Fərhad müəllim bizim “İqtisadiyyat” qəzetinin də necə deyərlər, dostudur. Uzun illərdir Təhsil Nazirliyi ilə redaksiya arasında bir “körpücük” yaratmış bu insan qəzetimizə elm və təhsil sahəsində baş verən əlamətdar hadisələr barədə məlumat vermiş, maraqlı yazılar hazırlayıb oxuculara təqdim etmişdir.

Bu gün Azərbaycanın təhsil sistemində uğurlu islahatlar aparılır ki, bunlar da uçot sistemini əhatə edir. Fərhad müəllim də uçotun təkmilləşməsi ilə bağlı müvafiq layihələrin həyata keçirilməsində bilavasitə iştirak edir. Şübhəsiz ki, bütün bunlar təhsilin yeni keyfiyyət mərhələsinə keçməsinə, təhsilə ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəlməsinə öz müsbət təsirini göstərmiş və göstərməkdədir. Bu işlərdə bilavasitə iştirak edən fədakar iqtisadçılardan biri olan Fərhad müəllimə can sağlığı və uğurlar arzulayıram.

Akif Hacıyev, Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin  Mühasibat Uçotu və Hesabat sektorunun  baş məsləhətçisi:

- Bir insan haqqında söz düşəndə onun əsas xasiyyətləri, daha doğrusu onu xarakterizə edən əsas cəhətləri haqqında söhbət açılır. Çalışacağam ki, mən bu gözəl və sadə insanın əsas xasiyyətləri barədə yazım. 

Mən Fərhad müəllimi  1992-ci ildən tanıyıram. O zaman Fərhad müəllim Təhsil  Nazirliyinin İqtisadiyyat idarəsinin Mühasibat Uçotu və Hesabat şöbəsinin müdiri vəzifəsində,  mən isə Təhsil Nazirliyinin “Ali təhsilin planlaşdırılması, proqnozlaşdırılması və inkişafının təhlili” elmi tədqiqat laboratoriyasında böyük elimi işçi vəzifəsində işləyirdik. 1993-cü ilin fevral ayı idi. Mənə dedilər ki, Fərhad müəllim səninlə danışmaq istəyir. Mən onun yanına getdim. Söhbət zamanı bildirdi ki, şöbədə bir neçə proqram işləyir, həmin proqramları işlədən əməkdaş isə işdən cıxmışdır və  təkilf etdi ki, mən bu şöbəyə keçim. Doğrusu,  bu təklif ürəyimcə oldu. Çünki  o dövrlər laboratoriyada  əmək haqqının vaxtlı–vaxtında alınması ilə əlaqədar problemlər olurdu. Digər tərəfdən, mənim nazirliyin mərkəzi aparatına keçdiyim təqdirdə tutacağım  vəzifənin maaşı ilə laboratoriyada aldığım maaş  arasında xeyli fərq yaranırdı. Lakin  bu məsələnin üzərində o ciddi-cəhdlə çalışdı və bu məsələni də həll etdi.

Lap ilk söhbətimizdə belə bir plan cızdıq ki, Mühasibat Uçotu və Hesabat şöbəsinin bütün əməliyyatları avtomatlaşdırılacaq. Həmin vaxrtlar şöbədə iki proqram - əmək haqqının hesablanması və Nazirlik tabeliyində olan təşkilatların  rüblük və illik hesabatlarının yekunlaşdırılmasını həyata keçirən balans proqramı işləyirdi. Bu proqramlar  Polşa və Azərbaycanın birgə firması olan “El” firması tərəfindən yazılmışdı. Firma  bu proqramın əlyazmasını nazirliyiə verməmişdi. Bu isə lazım gələn anda bu proqram üzərində dəyişiklilərin aparılmasına imkan vermirdi. Məhz Fərhad müəllimin işə prinsipal yanaşmağı, şöbədə aparılacaq işlərin vaxtlı-vaxtında, düzgün yerinə yertirilməsi, əməliyyatların avtomatlaşdırılmasına olan kəskin  marağı nəticəsində həmin proqramların əlyazmasını əldə etmək mümkün oldu.

Yadımdadır ki, həmin vaxtlar tabe təşkilatlara maliyyələşmələrin aparaılması  üçün İqtisadiyyat şöbəsinin Plan-Maliyyə şöbəsi tərəfindən sifarişlər hazırlanır və sonra həmin sifarışlər əsasında   Mühasibat Uçotu və Hesabat şöbəsində ödəmə tapşırıqları çap edilirdi. Ödəmə tapşırıqlarının çapı yazı makinası ilə həyata keçirilirdi ki, bu xeyli vaxt və zəhmət tələb edirdi. Bundan başqa çap prosesində səhvlərin buraxılması ehtimalı isə olduqca güclü idi. Fərhad müəllimin təşəbbüsü ilə həmin işin aparılmasının avtomatlaşdırılması təklif olundu. Həmin vaxtlar şöbədə istifadədə olan kompüterlərin imkanları müasir kompüterlərlə müqayisədə olduqca zəif idi. Ona görə də   bu təklifin  əleyhdarları da çıxmışdı. Lakin fikrində qəti qərarlı olan Fərhad müəllim bu işin həyata keçirilməsinə nail oldu.

Tabe təşkilatlarda aparılan təftişlər nəticəsində üzə çıxan nöqsanlar təşkilatların hesabatverməsinə yeni yanaşma tərzinin yaranmasını məcbur edirdi. Ona görə də şöbədə  təşkilatların təqdim etdiyi hesabatların yoxlanılmasında şəffaflığın artırılması, hesabat göstəricilərinin reallığının yoxlanılması üçün yeni üsullar və metodlar axtarılırdı. Bütün bu işlər Fərhad müəllimin rəhbərlyi altında həyata keçirilirdi.      

Fərhad müəllim həm də gözəl ailə başçısı, qayğıkeş atadır. Onun vaxtilə dediyi bir söz həmişə mənin qulağımda səslənir: “Mən övladlarıma deyirəm ki, sizin yaşıdlarınız çadırlarda yaşayır, oxuyur və fəaliyyət göstərirlər”.  Fərhad müəllim həm də babadır.  Onun övladlarının və nəvələrinin belə ata ilə, baba ilə fəxr etməyə haqları vardır.

Bu insan tələbkarlığı qədər sadə və təvazökardır. O mənəm-mənəmlik hissiyyatından olduqca uzaq, onun əhatəsində olan hər bir insana qarşı olduqca həssasdır. Onların sevinci ilə sevinən, kədəri ilə kədərlənəndir. İmkanı daxilində imkansızlara kömək etmək onun şakəridir. Mən əminəm ki, onunla yol yoldaşı olan hər bir şəxs mənim bu fikirlərimlə tamam şərikdir.  Elə başa düşürəm ki, yuxarıda sadaladığım insani keyfiyyətlər bunlarla bitmir. Bu insan haqqında çox danışmaq olar. Fikrimi burada tamalayaraq mən onu 60 yaşı olması münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür, tükənib bitməyən sevincli anlar arzulayıram.