Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Həmişə xatırlanacaq insan

Əliqulu Nərimanovu görənlər onu son dərəcə nikbin bir insan kimi xatırlayırlar. O, həmişə həyat vurğunu olub, təbiəti, gözəlliyi sevib. Başqa cür ola da bilməzdi, çünki Əliqulu Nərimanov Azərbaycanın ən dilbər güşələrinin birində – Qubada dünyaya gəlmişdir. Gözlərini açanda Şah dağının qarlı zirvələrini, zümrüd bağları, füsünkar dağ çaylarını, yamyaşıl otlaqları görmüşdür. Bəli, bu faktdır. Ancaq bu da faktdır ki, Əliqulu Nərimanov da işləməyə məcbur olmuşdur. Zəhmətsevərliyi ilə seçilmiş, hamı ona «çox qeyrətli övladdır», - demişdir. Bağ-bağçada çalışmağı onu həyata daha çox bağlamışdır.

Əliqulu Nərimanov işləyə-işləyə oxumuş, 1936-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu bitirmişdir. Sonra K.Timirzayev adına Moskva kənd Təsərrüfatı İnstitutunun aspiranturasına girmiş və elmlər namizədi adı almaq üçün dissertasiya yazıb, müvəffəqiyyətlə nəşr etdirmişdir.

Bir il sonra müharibə başlamış və Əliqulu Nərimanov ordu sıralarına çağırılaraq cəbhə xəttinə göndərilmişdir. Müharibə illəri Əliqulu Nərimanovun həyatında ən ağır dövr olmuşdur. Gənc alimin alovlu döyüş yolu Praqa şəhərində qurtarmışdır. Hitler Almaniyası üzərində qələbədən sonra Əliqulu Nərimanov vətənə sinəsi orden və medallarla qayıtmışdır.

O, yenidən kənd təsərrüfatı sahəsində elmi işə başlamışdır. Meyvəçilik mövzusunda elmi-tədqiqat işləri aparmışdır. Eyni vxatda gənc elmi kadrlar yetişdirməklə məşğul olmuşdur. 1961-ci ildə Əliqulu Nərimanovu bağçılıq, üzümçülüq və subtropik bitkilər üzrə Elmi-Təlqiqat İnstitutuna direktor təyin edirlər.

Kənd təsərrüfatı sahəsində çalışanlar Əliqulu Nərmanovu dərin bilikli alim, yaxşı təşkilatçı rəhbər, alicənab və təvazökar insan kimi tanımışlar. Yoxluğundan oğuz üç il keçsə də, onu ən xoş sözlərlə xatırlayırlar.  Respublikamızda meyvəçiliyi, üzümçülüyün sonrakı böyük inkişafı Əliqulu Nərimanovun adı ilə bağlıdır.

O, nümunəvi pedaqoq olub, istər gənc, istərsə də yaşlı nəsil tərəfindən sevilib, əziz tutulub.

Əliqulu Nərimanov dünyaya gəlməsindən 90 il keçir. O, öz yaxşı əməlləri ilə əbədi ömür qazanmışdır. Təbiət vurğunu, gözəllik, xeyir-bərəkət vurğunu olmuş bu böyük insanı həmişə belə hörmət-izətlə xatırlayacaqlar.

 

«İqtisadiyyat»