Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

ƏFSANƏVI KAPITAN

Oyun bitdi…

Bu sözlər Anar Məmmədxanovun ömründə iki dəfə səslənib. Birinci dəfə hamını kövrəldib – 2000—ci ildə XX əsrin çempionu kimi səhnəni tərk etdiyi vaxt. Ikinci dəfə hamımız sarsıldıq – 2011-ci ilin soyuq aprel günündə vaxtsız həyatdan getdiyi vaxt...  

Həmin gün dünyasını dəyişən bu gülərüz, mehriban, zarafatcıl, yüksək yumor hissinə malik şən, hazırcavab bir insanın qəfil ölümü hamımızı həqiqətən sarsıtdı. “Allah rəhmət eləsin” desək də, yoxluğuna inana bilmədik. Ümumiyyətlə, gülərüz, şən insanların ölümünə inanmaq olmur. Anar da belə insanlardan idi. Həyatda çox uğurlar qazanmışdı. Anar Məmmədxanov millət vəkili idi. 1992-1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti idi. Bizim üçün isə o, həmişə "Bakılı oğlanlar" komandasının kapitanı olub.

... Və Anar Məmmədxanov bundan sonra da onu sevən minlərlə tamaşaçısının, fanatının qəlbində “Bakılı oğlanlar”ın əfsanəvi kapitanı kimi  yaşayacaq....

Allah rəhmət eləsin.

Məşhur teleaparıcı Aleksandr Maslyakov da bu xəbərdən sarsıldığını bildirmiş, demişdir: “Mənim xatirimdə Yuli Qusmanın və Anar Məmmədxanovun komandasında olan bakılı oğlanlar parlaq, dinamik və hazırcavab insanlar kimi qalmışlar. Onlar bir yerə yığışanda, onlara qarşı durmaq çox çətin idi. Hətta bir müddət keçdikdən sonra biz on populyar ŞHK komandasının turnirini keçirdiyimiz vaxt “Bakılı oğlanlar” bu oyunu da parlaq və layiqli qələbə ilə başa vurdular. Bakılı oğlanların yeri ŞHK Beynəlxalq İttifaqında xüsusidir, müqəddəsdir və bu yeri boş qoymaq olmaz. Yaxşı yumor hissi ilə doğulanlar çoxdur və bu ənənəni davam etdirmək vacibdir”.

“İQTİSADİYYAT”