Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret
Sabah görkəmli neftçi, Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, professor Xoşbəxt Yusifzadənin dogum günüdür.

Azərbaycan neftçiləri həmişə Xoşbəxt Yusifzadəni öz ağsaqqalları bilir, onu sevir və onunla fəxr edir. Ad günü ərəfəsində neftçilərin X.Yusifzadəyə bəslədiyi dərin ehtiramın ifadəsi olaraq buraxılmış mahnı diski də bunu bir daha təsdiq edir. Diskdə X.Yusifzadəyə həsr olunmuş “Layiqdir buna Xoşbəxt” mahnısı, onun həyat və fəaliyyətini əks etdirən sənədli video kadrlar yer alıb. Mahnının sözləri Nazim Aslanın (Vəliyev), musiqisi Rasim Müzəffərlinindir. Mahnını Azərbaycanın xalq artisti Ağadadaş Ağayev ifa edib. Layihənin rəhbəri İlqar Əliyevdir. 

Diskdə həmçinin müxtəlif illərdə çəkilmiş sənədli filmlərdən istifadə olunub, X.Yusifzadənin görüntüsü olan fraqmentlər toplanıb. ARDNŞ-nin çoxminli kollektivi disk və mahnının yaradıcılarına qoşularaq, qocaman neftçi Xoşbəxt Yusifzadəni ad günü münasibətilə təbrik edir, ona uzun ömür və möhkəm can sağlığı, neft-qaz sənayesinin inkişafı, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayır.