Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret
Bu gün tanınmış oftolmoloq Zərifə xanım Əliyevanın vəfatından 26 il ötür. Hər il olduğu kimi, bu il də onun məzarı ziyarət edildi.

Zərifə Əliyeva aprel ayında dünyaya gəldi, aprel ayında da bu dünyaya vida etdi. Amma əməlləri və xidmətləri ilə bu dünyada, səhiyyə tarixində silinməz bir iz qoydu. Görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Heydər Əliyevin xanımı, prezident İlham Əliyevin anası, akademik, həkim-oftolmoloq Zərifə Əliyeva oftolmologiya elminin inkişafında müstəsna xidmətləri ilə yadda qaldı.

Azərbaycanda geniş şəkildə yayılmış traxomanın müalicəsi və profilaktikasına dair tədqiqatın müəllifi olan Zərifə xanım 12 monoqrafiya, dərslik və dərs vəsaiti, 150-dən çox elmi iş, bir ixtiraya imza atıb. Həm peşəkar həkim, həm də əldə etdiyi bilikləri böyük həvəslə həkim və elmi işçilərlə paylaşan əvəzsiz müəllim oldu.

Moskva Oftolmoloji Məktəbi Zərifə xanımı “Oftolmologiyanın mirvarisi” adlandırıb. O, həm ziyalı qadın, həm də övladlarını hədsiz məhəbbətlə sevən ana idi.