Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Tanınmış alim və həkim Fəxrəddin Cavadov “Qızıl ürək” ordeninə layiq görülmüşdür

“Azərbaycan dünyası” Beynəlxalq jurnalı və “Dədə Qorqud” Milli Fondunun Ağsaqqallar Şurasının qərarı ilə tanınmış alim, tibb elmləri doktoru, istedadlı həkim Fəxrəddin Cavadov tibb elminin inkişafındakı xidmətlərinə görə “Qızıl ürək” ordeninə (ölümündən sonra) layiq görülmüşdür.
AzərTAc xəbər verir ki, bu münasibətlə “Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan Dünyası” Beynəlxalq jurnalın baş redaktoru Eldar İsmayılov alim və həkim F.Cavadovun mənalı ömür yolundan, səhiyyə sahəsindəki xidmətlərindən, qazandığı elmi nailiyyətlərdən danışmışdır.
F.Cavadov 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (ATU) bitirmiş, 1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Ayrı-ayrı tibb müəssisələrində və digər qurumlarda işləmiş, 2000-ci ildən ömrünün sonunadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi olmuşdur.
Səmərəli xidmətlərinə görə “Tərəqqi” və digər medallarla təltif edilmiş, “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülmüşdür.
F.Cavadov 2009-cu ildə 57 yaşında dünyasını dəyişmişdir.
E.İsmayılov alimin “Dədə Qorqud” Milli Fondunun “Qızıl ürək” ordeninə layiq görüldüyünü və “Azərbaycan dünyası” Beynəlxalq jurnalının bu günlərdə işıq üzü görəcək növbəti nömrəsinin ona həsr ediləcəyini bildirmişdir.