Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Jilbert İsmayılov

 İqtisadçı alim, dəyərli insan, AMEA-nın İqtisadiyyat İnstitutunun baş elmi işçisi Jilbert İsfəndiyar oğlu İsmayılov 2011-ci il fevral ayının 25-də vəfat etmişdir. 

J.İsmayılov 20 yanvar 1939-cu ildə anadan olmuşdur. 1957-ci ildə Şəki şəhərində orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Şəki şəhərində kərpic zavodunda fəhləliklə başlamışdır.  1958-1963-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil almışdır. Universitet illərində H.Dadaşov, B.Axundov, Ə.Qasımov, Ə.Qaravəliyev, L.Əhmədov, H.Şirinov, Ə.Heydərzadə və digər çox görkəmli alimlərdən aldığı biliklər onun sonralar iqtisadçı alim kimi formalaşmasında böyük rol oynamışdır. 1963-1969-cu illərdə respublikanın bank sistemində müxtəlif vəzifələrdə işləyərək aldığı ümumnəzəri bilikləri praktikada tətbiq etməyi mənimsəmişdir. Bu illər mükəmməl iqtisadçı kadr kimi yetişməsində mühüm rol oynamaqla bərabər, onda gələcəkdə tədqiqatlar aparmaq, elmlə məşğul olmaq, bir çox iqtisadi problemlərin elmi həllini tapmaq həvəsi oyatmışdır. Elmə olan maraq onu Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna gətirmişdir. J.İ.İsmayılov 1969-cu ildən ömrünün axırınadək bu institutda işləmişdir. O, 1982-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.  Azərbaycan iqtisad elminə böyük töhfələr verən, öz elmi məktəbini yaratmış iqtisad elmləri doktoru, professor Mədət Allahverdiyevin tövsiyəsi ilə mülkiyyət problemlərini özünə tədqiqat obyekti seçən alim demək olar ki, 40 illik tədqiqatçılıq fəaliyyətini ona həsr etmişdir. O, institutda işlədiyi müddətdə özünü iqtisadiyyatın aqrar bölməsində mülkiyyət münasibətlərinin inkişafı problemlərinin öyrənilməsi  sahəsində səriştəli mütəxəssis kimi tanıda bilmişdir. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona 22 iyun 1994-cü il tarixdə siyasi iqtisad ixtisası üzrə baş elmi işçi adı verilmişdir.

J.İ.İsmayılov 200-ə qədər elmi əsərin, o cümlədən 6 monoqrafiyanın (şərikli) müəllifidir. Bu əsərlərin həcmi 140 çap vərəqindən (2400 səhifədən) çoxdur. Alim 60 beynəlxalq və respublika miqyaslı elmi-praktiki konfranslarda iştirak etmişdir. J.İ.İsmayılovun şərikli müəllifliyi ilə nəşr olunan monoqrafiyalar müvafiq dövrlərin ən aktual məsələlərinə həsr olunmuşdur.

Bir hikmətli kəlamda deyilir: «Çalış gözə çarpmadan yaşa». J.İsmayılov bu cür insanlardan idi. O, xaraktercə sakit, lakin ədalətsizliyə qarşı barışmaz, sözü bütöv, fikrində və əməlində tam müstəqil insandı. O, insanları vəzifəsinə, tituluna görə yox, əməlinə, bacarıq və qabiliyyətinə görə qiymətləndirirdi. Geniş dünyagörüşünə malik idi. Dünya incəsənətinə, siyasətinə, dinə bələddi. Ədəbiyyat həvəskarı idi, çoxlu şeirlərin müəllifidi.

J.İsmayılov mənəvi paklıq və təharətə imanın bir hissəsi kimi baxırdı. Dünya nemətlərində gözü yox, aza qane idi. O, həyatımızın gözəl olması üçün əxlaqımızın və düşüncə tərzimizin gözəl olmasını söyləyərdi. Ən başlıca düşmənin nəfs olduğunu deyirdi. Yaltaqlara nifrət edirdi. Onun qorxudan törəndiyini göstərirdi.  Bu ibrətamiz kəlamları nəinki təbliğ edir, həm də öz həyatında yaşayırdı.

Səmimi insan, mehriban dost, gözəl ailə başçısı J.İsmayılov onu tanıyanların qəlbində daima yaşayacaqdır.

 Allah rəhmət eləsin.