Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Nəbi Əliabbas oğlu Nəbiyev

Azərbaycan iqtisad elminə ağır itki üz vermişdir. Görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, professor, Böyük Vətən Müharibəsinin veteranı, Prezident təqaüdçüsü, AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi Nəbi Əliabbas oğlu Nəbiyev 86 yaşında vəfat etmişdir.

Nəbiyev Nəbi Əliabbas oğlu 1925-ci il iyulun 1-də Kürdəmir rayonun Karrar kəndində kəndli ailəsində anadan olmuşdur. 1941-ci ildə həmin kənddə orta məktəbi bitirmiş, 1942-ci ilin mart ayından rayonun Qarabucaq natamam orta məktəbində müəllim işləmişdir. 1942-ci ilin odlu-alovlu günlərində ordu sıralarına çağırılaraq Böyük Vətən Müharibəsində döyüşlərdə şücaət göstərmiş və dəfələrlə yaralanmışdır. Lakin Şimali Qafqazdan Praqaya qədər döyüş yolu keçərək güclü hərbiçi, polad iradəli insan xarakteri kəsb etmişdir. 1947-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra Kürdəmir rayon mədəni-maarif şöbəsinin inspektoru vəzifəsində işləmişdir.

1947-1951-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun «Coğrafiya» fakültəsində təhsil almışdır. İnstitutu bitirdikdən sonra 1951-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasında (1956-cı ilə qədər Coğrafiya İnstitutunda, ondan sonra İqtisadiyyat İnstitutunda) elmi katib, kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində işləmişdir. 1959-cu ildə «Azərbaycanın Qərb rayonlarının iqtisadi-coğrafi xarakteristikası və təsərrüfatının perspektiv inkişafı» mövzusunda  dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

N.Nəbiyev 1980-ci ildə Daşkənd şəhərində «Azərbaycanın mineral xammal sərvətlərindən kompleks istifadə edilməsi və istehsalın inkişafı» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir. İxtisaslaşdırılmış müdafiə şuralarının üzvü idi. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Təbii sərvətlərdən istifadə edilməsinin iqtisadi-ekoloji problemləri şöbəsinin müdiri və Bakı Dövlət Universitetində professor vəzifələrində işləmişdir.

Azərbaycan Milli EA-da işlədiyi müddətdə iqtisadi və sosial coğrafiya, istehsalın inkişafı və yerləşdirilməsi, təbii sərvətlərdən, xüsusilə mineral və təkrar xammal materiallarından istifadə edilməsinin və ekologiyanın iqtisadiyyatı, ətraf mühitin mühafizəsinin, toponimiyanın problemləri üzrə elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. Azərbaycan Sovet Ensiklopediyasının fəal müəlliflərindən biri idi. Onun bir çox elmi məqalələri xaricdə nəşr edilmişdir, bir sıra beynəlxalq konfranslarda, simpoziumlarda çıxış etmişdir. İşlədiyi müddətdə respublikanın bir sıra ali məktəblərində pedaqoji fəaliyyətini davam etdirmiş və bir neçə il Dövlət İmtahan Komissiyasına sədrlik etmişdir. İqtisadi coğrafiya, təbii sərvətlərin iqtisadiyyatı və iqtisad elmləri sahəsində yüksək ixtisaslı kadlar yetişdirilməsində təqdirəlayiq xidməti vardır. Onun elmi rəhbərliyi ilə 9 nəfər elmlər namizədi və 3 nəfər elmlər doktoru hazırlanmışdır.

Demək olar ki, elmi fəaliyyətinin 50 ili müddətində N.Nəbiyev təbii sərvətlərin iqtisadiyyatı və istifadə edilməsinin ekoloji problemləri üzrə mühüm əhəmiyyətli məktəb yaratmışdır.

N.Nəbiyevin 250 ç.v. həcmində nəşr etdiyi 20 kitabı, 150-dən çox jurnal, elmi konfrans məqalələrinin, tezislərinin əksəriyyəti təbii sərvətlərin, o cümlədən faydalı qazıntıların iqtisadi-ekoloji baxımdan səmərəli istifadə edilməsinin nəzəri-praktik məsələlərinə həsr edilmişdir.

Onun 60-70-ci illərdə «Şəki-Zaqatala iqtisadi rayonunda faydalı qazıntıların (xüsusilə filizçay kükürdlü-polimetal yataqlarının) mənimsənilməsinin və kompleks istifadə edilməsinin iqtisadi-ekoloji problemləri və xalq təsərrüfatının gələcək inkişafı» mövzusunda apardığı elmi-tədqiqat işləri dövlət əhəmiyyətli mövzu kimi qəbul edilmişdir. Bu tədqiqat işinin nəticəsində onun tərtib etdiyi «Filizçay polimetal yataqları əsasında kimya-metallurgiya kombinatının tikilməsi və Yevlax-Balakən dəmir yolunun çəkilməsinin iqtisadi əsaslandırılması» adlı məruzəsi 1968-1970-ci illərdə Azərbaycan SSR EA Rəyasət heyəti, Respublika Nazirlər Sovetinin kollegiyası, Azərbaycan Dəmir Yolları idarəsi tərəfindən müzakirə edilib və bəyənilmişdir. Bunun əsasında keçmiş SSRİ Dəmir Yolları Nazirliyinə təqdimat göndərmiş və yolun çəkilməsinin zəruri olduğu barədə məsələ qaldırmışdır. Bütün bunlar 1970-ci illərdə Yevlax-Balakən dəmir yolunun istifadəyə verilməsinin iqtisadi əsaslandırılmasını təmin etmişdir. N.Nəbiyevin “Alunitin saflaşdırılmasının iqtisadi səmərəliliyi və qiymət qoyulması məsələsi», «Azərbaycanda əlvan metal xammallarının mənimsənilməsinin iqtisadi səmərəliliyi» mövzularında yerinə yetirdiyi elmi-tədqiqat mövzularının nəticələri də dövlət tərəfindən bəyənilmişdir. XX əsrin 60-cı illərində SSRİ EA İqtisadiyyat İnstitutu ilə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun birlikdə yerinə yetirdiyi işlədiyi və dövlət tərəfindən qəbul edilən “Yeyinti sənayesinin mövcud vəziyyəti və perspektiv inkişafı” elmi-tədqiqat işində Nəbi Nəbiyev yaxından iştirak etmişdir.

N.Nəbiyevin «Azərbaycanın mineral xammal ehtiyatlarından istifadə edilməsi və istehsalın inkişafı» (1978), «Coğrafi adlar» (1982), «Təbii sərvətlər və istehsal», (1983), «Təbii sərvətlər və ekoloji mühit» (prof. N.L.Vəliyevlə birlikdə) (1987), «Təbii sərvətlərdən istifadə edilməsi və mühafizəsi» (1989) kitabları bir sıra ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilir.

Onun müstəqillik illərində, yeni tələblər səviyyəsində yazılmış 696 səhifəlik  «İqtisadiyyat, cəmiyyət və ekoloji mühit»  (Бакы, 2000) fundamental monoqrafiyası müasir Azərbaycan игтисади fikrinin ən uğurlu əsərləri сырасындадыр.

İkinci dərəcəli müharibə əlili olan Nəbi Nəbiyev «Vətən müharibəsi ordeni», «Döyüş xidmətinə görə medalı» və bunlardan başqa 15 medalla, Elmlər Akademiyasının, Respublika Təbiəti mühafizə Cəmiyyətinin, sair dövlət təşkilatlarının diplomları və fəxri fərmanları ilə təltif edilmişdir. O, Prezident təqaüdünə layiq görülmüşdür. Hərbiçilərə məxsus intizamı olan,  prinsipial insan, görkəmli alim, xeyirxah və tələbkar müəllim, professor Nəbi Nəbiyevin xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaqdır.

ALLAH RƏHMƏT ELƏSİN.