Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

A.T.Məlikova “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin

SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanın neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə Azər Teymur oğlu Məlikova “Əməkdar Mühəndis” fəxri adı verilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2011-ci il.

 

 Peşəkar neftçi-mühəndis, müdrik el ağsaqqalı

Hörmətli Azər müəllim! Mən böyük sevinclə Sizi, el ağsaqqalı,  yüksək ziyalı, uzun illər  ölkənin neft və qaz sənayesində müxtəlif vəzifələrdə çalışan müdrik ağsaqqalımızı  80 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Siz qədim Bakımızın yadigarı olan İçərişəhərdə öz pak əməlləri, insani keyfiyyətləri, vətənpərvərliyi ilə seçilən kübar bir ailədə dünyaya göz açmısınız və çox zəngin, maraqlı həyat yolu keçmisiniz. Mənalı həyatınızın böyük bir hissəsini doğma Azərbaycanımızın iqtisadiyyatında mühüm rol oynayan neft-qaz sənayesinin inkişafına sərf etmisiniz.

Siz 1958-ci ildə həmin institutu müvəffəqiyyətlə başa vurmusunuz. 40 il neftqazçıxarma sənayesində məhsuldar fəaliyyət göstərmisiniz. Qəhrəman neftçilərimizin nəinki fədakar əməklərinin şahidi olmusunuz, operator, usta, böyük mühəndis vəzifələrində çalışmısınız. 1960-cı ildən Nazirlər Kabineti yanında Bakı Magistral Qaz Kəmərləri İdarəsində sex rəisi, şöbə rəisi, uzun müddət idarə rəisinin müavini vəzifələrində fəaliyyət göstərmisiniz.  Bu illər respublikamızın şəhər və kəndlərinin qazlaşdırılması prosesi istiqamətində böyük işlər görülürdü. 1990-cı ilin əvvəllərində respublikamızda Qaz Təchizatı İstehsalat Birliyində baş direktorun rəis müavini kimi məsuliyyətli bir vəzifədə işləmisiniz.

Belə bir deyim var ki, insanın yaxşısı xalqa xeyir verəndir. Çoxları kimi, mÿí də Sizinlə tanışlığımdan və ünsiyyətdən o qənaətə gəlmişəm ki, Sizin həyat amalınız xalqa, insanlara layiqincə, şərəflə xidmət etməkdir.

Siz  gözəl ailə başçısısınız, nəslin, elin ağsaqqalısınız. Sizin, iqtisad elminin müdrik ağsaqqalı, böyük ziyalı akademik Əhməd Mahmudovla əsl dostluğunuz övladlarınıza, nəvələrinizə diqqət çoxları üçün örnəkdir. Sizin belə bir sözünüz var: “Ata-ananın uşaqlara borcu – təhsil, elm və əxlaqdır”. Heç şübhəsiz ki, hamı bu müdrik kəlama əməl edərsə, xoşbəxt ailələrin, xoşbəxt nəvələrin sayı da çox olar, xalqımızın  genofondu, milli-mənəvi dəyərlərimiz qorunar.

Siz işıqlı və mənalı ömrün sahibisiniz. Birmənalı olaraq deyim ki, yaxşılığa, xeyrə xidmət edən insanların əməyi heç vaxt hədər getmir. Müasirləşən və günü-gündən inkişaf edən respublikamızda insan amili, ağsaqqal sözü çox böyük əhəmiyyət kəsb edir, xalqımızın, gənclərimizin gələcəyi üçün vacib şərtlərdən sayılır.

Atalar «Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma» deyiblər. Ağsaqqal Peyğəmbər deyil, ancaq Peyğəmbər qədər xətri əziz tutulan kəsdir.

Bəli, sevməyi çoxları bacarır, hünər odur ki, özünü sevdirə biləsən. Belə xüsusiyyət hər insana nəsib olmur, hər adama ağsaqqal demirlər.Azər müəllim,  böyükdən-kiçiyə - Sizi hamı sevir, dərin hörmətinizi saxlayır. Birinin yaşı da çox ola bilər, rütbəsi də, sərvəti də. Ancaq ona uzaqbaşı «yoldaş», «cənab»  deyə müraciət edərlər. Ağsaqqallıq isə vergidir. Ağsaqqal xalqın güvənc yeri, inam yeri, iman yeridir. Müsəlman dünyasında, müsəlman mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə Quran ayəsi kimi  həyat məramına çevrilib. Bu isə əsl xoşbəxtlikdir.  Siz belə xoşbəxt insanlardansınız.

Biz Sizi bütöv şəxsiyyətli, ləyaqətli, mübariz, gələcəyə inamla baxan mətin bir Vətən oğlu kimi tanıyırıq. El arasında deyirlər: Azər müəllim qollu-budaqlı, fırtınalara, qasırğalara baş əyməyən, üstünə kölgə düşməyən, həmişə qürurla, “ayaq üstə” dayanan bir çinara bənzəyir.

Hörmətli yubilyar, bu gün böyük ailənizlə, dostlarınızla yüksək əhval-ruhiyyə ilə qeyd etdiyiniz 80 il Azər Məlikov ömrünün bir mərhələ bayramıdır. Bu bayram böyük daha ona görə əsl bayramdır ki, Siz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yüksək mükafata layiq görülmüsünüz.

Uca yaradan yaşadığınız həyat yolunuzu nurlu və canınızı möhkəm etsin, 80 illik yubileyniz mübarək olsun!

 

Akademik ZİYAD SƏMƏDZADƏ