Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret
Lütfi Zadə: “Dostluq” ordeninə layiq görüldüyümdən şərəf duyuram

“Bu yüksək mükafata layiq görüldüyümdən şərəf duyuram və mənə göstəridiyi isti münasibətə görə bütün Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm”- ABŞ-ın Berkli Universitetinin professoru, dünya şöhrətli alim Lütfi Zadə (Lütfi Ələsgərzadə) Azərbaycan Prezidenti İlham Əliyevin elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə alimi “Dostluq” ordeni ilə təltif etməsini AzərTAc-a belə şərh etmişdir.
Professor Zadə səhhəti ilə əlaqədar onun Bakıda keçirilən 90 illik yubiley tədbirinə qatıla bilmədiyi üçün təəssüflənmişir: Səhhətim iyirmi saatdan çox davam edən uzun səyahət etməyə imkan verməsə də, əqli baxımdan fəaliyyətimdən tam razıyam. Hətta bu yaxınlarda daha bir elmi məqaləmi bitirmişəm.
Dünya şöhrətli azərbacyanlı agentliyimiz vasitəsi ilə Prezident İlham Əliyev barədə düşündüklərini də çatdırmağı xahiş etmişidr: “Prezident İlham Əliyevin dünya liderləri arasında özünəməxsus yeri var. Onun intellekti, uzaqgörənliyi, təhsili və ölkəsinə bağlılığı olduqca təqdirəlayiqdir və İlham Əliyevi nadir lider kimi müəyyənləşdirir. Mən onunla, nazir Əli Abbasov, mənim Bakıdakı həmkarlarım Rafiq Əliyev, Sevda Abdullayeva kimi insanlarla fəxr edirəm və onlarla yaratdığım yaxın münasibətləri yüksək dəyərləndirirəm”.
Xatırladaq ki, fevralın 4-də professor Lütfi Zadənin 90 yaşı tamam olmuşdur. 1921-ci ildə Bakı şəhərində juranlist Rəhim Ələsgərzadə və pediatr Faniya Korimanın ailəsində dünyaya gələn görkəmli alim 10 yaşınadək Bakıda yaşamışdır. 1931-ci ildə Lütfi Zadənin ailəsi İrana köçmüşdür. Tehranda mühəndislik üzrə dərəcə alan professor Zadə 1944-cü ildə ali təhsilini davam etdirmək üçün Birləşmiş Ştatlara getmişdir. 1959-cu ildən bəri Lütfi Zadə Kaliforniya ştatındakı Berkli Universitetində çalışır. Universitetin elektrik mühəndsiliyi fakültəsinin dekanıdır. Onun müəllifi olduğu “Qeyri-Səlist Məntiq” nəzəriyyəsi elektrik mühəndisliyi sahəsində çevriliış etmiş, bu gün sənayenin müxtəlif sahələrində istifadə olunan bir sıra elmi ixtiralara yol açmışdır.

Şəfəq Akifqızı

AzərTAc-ın öüsusi müxbiri