Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
14-20 fevral 2019-cu il
6 (1054)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

Avtomatik məhv olan elektronika hərbi və ya tibb sahəsi daxil olmaqla, müxtəlif sahələrdə tətbiq edilə bilər. Müxtəlif ölkələrdən olan alimlər belə tip qurğuların yaradılması üzərində fəal işləyirlər. Amma bu sahədə əsas problemlərdən biri özü məhv olan akkumulyatorların yaradılması idi və avtomatik məhv olan qurğu nümunələrinin əksəriyyəti kənar enerji mənbələrindən istifadə edirdi.

“newsru.com” saytına istinadla xəbər verir ki, Ayova Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanan, sabit və uzunmüddətli işləməsi ilə seçilən özü məhv olan akkumulyator bu vəziyyəti dəyişə bilər.

Məlumata görə, alimlər tərəfindən yaradılmış litium-ion akkumulyatorunun ölçüsü 6x5x1 millimetr təşkil edir və adi masaüstü kalkulyatoru 15 dəqiqə ərzində enerji ilə doldurur. Batareyanın çıxış gərginliyi 2.5 voltdur. Bu göstərici avtomatik məhv olan batareyaların əvvəlki nümunələrinin gərginlik göstəricilərini iki dəfə ötür.

Hazırda alimlər avtomatik məhv olan batareyaların təkmilləşdirilmiş nümunələri üzərində işləyirlər. Belə akkumulyatorların kütləvi istehsala çıxarılma tarixi açıqlanmayıb.