Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

ABŞ-ın Yel Universitetinin beynəlxalq alimlər qrupu Qalapaqos adalarında nəhəng tısbağaların yeni növünü aşkar edib.

"Bizim hesablamalarımıza görə, yeni tapılan tısbağaların sayı təqribən 250-dən 300-ə qədərdir. Bu tısbağalar adanın şərq hissəsində, Santa-Krusda yaşayır”,-deyə araşdırmalarda iştirak edən ekvadorlu alim Uoşinqton Tapiyu bildirib. Hazırda Qalapaqos arxipelaqında 11 növ nəhəng tısbağa var.

Qalapaqos adaları Sakit okeanda yerləşir və Ekvadora məxsusdur. Bu adalar bir çox nadir növlərin, o cümlədən nəhəng tısbağa, bir çox quşların və digər heyvanların məskunlaşdığı yerdir. Alimlərin fikrincə, Qalapaqos tısbağaları Çarlz Darvin üçün təbii seçim yolu ilə təkamül nəzəriyyəsinin yaradılmasında başlanğıc nöqtəsi olub. Alim məhz Qalapaqosa səyahət zamanı bu qənaətə gəlib ki, müxtəlif adalarda yaşayan «zirehli» tısbağalar bir-birindən fərqlənir.