Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

TANAP-ın inşaat xərcləri 3 milyard dollar artacaq

Azərbaycanın təbii qazını Qərbə daşıyacaq Trans Anadolu Təbii qaz Boru Kəmərinin (TANAP) əsas səhmdarı SOCAR-in Türkiyə ofisinin rəhbəri  Kənan Yavuz layihə iləəlaqədar əhəmiyyətli açıqlama verib.

Türkiyənin “Zaman” qəzetinə “Petkim”in idarə heyətinin üzvü olan Yavuz TANAP layihəsinin inşaat xərclərinin nəzərdə tutulmamış dəyişikliklər səbəbindən təxminən 3 milyard dollar artacağını söyləyib.

Qeyd edək ki, başlanğıcda qaz boru kəmərinin 7 milyard dollara tikiləcəyi hesablanmışdı. Bununla da TANAP-ın 10 milyard dollara başa gələcəyi məlum olur.

Yavuz, xərcdəki artımın müsbət tərəfinə də işarə edərək, “Beləliklə, Azərbaycanın 2008-2018-ci illər  arasındakı 10 illik müddət ərzində Türkiyədə həyata keçirəcəyi satınalma və layihələrə cəmi sərmayə məbləği əvvəlki 17 milyard dollar səviyyədən 19-20 milyard dollara çıxır” söylədi. Türkiyənin 1923-cü illə 2003-cü illər  arasındakı 80 ildə cəlb edə bildiyi cəmi birbaşa xarici sərmayə yalnız 15 milyard dollar idi”, - o, deyib.