Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

İnqilabi kəşf

2012-ci il Nobel mükafatçıları arasında ən yaddaqalan və insanlığa xidmət edəcək kəşf  Fiziologiya və tibb sahəsində gövdə hüceyrələrinin yeni xüsusiyyətlərinin  tədqiqi sayıla bilər. Mükafatı Britaniyanın hüceyrə biologiyası üzrə mütəxəssisi Con Gerdon və yaponiyalı alim Sinya Yamanaka yetkin hüceyrələri uğurla  gövdə hüceyrələrinə yenidən proqramlaşdırdıqlarına görə almışlar.

Gövdə hüceyrələri haqqında  qısa arayış

Hər bir çoxhüceyrəli orqanizm çoxlu tip hüceyrələrdən təşkil olunur ki, onlar da bir-birindən fərqlənir, məsələn qanın tərkibindəki qan hüceyrələri,  sinir sistemini təşkil edən sinir hüceyrələri və s. Lakin qaraciyər hüceyrələrindən  neyrona  (sinir hüceyrələrinə) qədər olan  bütün somatik hüceyrələrdə   qorunan genetik informasiya   birmənalı şəkildə  eynidir.  Bu, necə olur? Izahı budur ki,   müxtəlif   hüceyrələrdə genom eyni olsa da onun fəaliyyətdə olan  işçi hissəsi hər bir hüceyrə tipində özünəməxsusdur və iki  hüceyrədə bir-birindən fərqlənir. Bu, niyə  və necə baş verir?

Alimlər sübut etmişlər ki, hər bir çoxhüceyrəli orqanizm  yeganə hüceyrəli orqanizmdən  - ziqotadan inkişaf edir. Ilk bölünmələrdə təxminən eyni cür hüceyrələr yaranır, lakin sonrakı bölünmələrdə hüceyrələr arasındakı fərqlər artır. Səbəb ondadır ki, rüşeyimin  müxtəlif hüceyrələri müxtəlif şəraitlərdə inkişaf edir. Belə ki, ziqota özlüyündə qeyri- simmetrikdir və rüşeyimin  ayrı-ayrı nahiyələrində müxtəlif maddələrinin sıxlığı   fərqlənir;  rüşeyimin  müxtəlif yerlərində olan  hüceyrələr  müəyyən fiziki  təsirlərə  məruz qalırlar; tədricən bütün  hüceyrələr bir-birinə təsir edirlər.

Beləliklə, hər bölünmə ilə  hüceyrələr bir-birindən və ziqotadan daha çox fərqlənirlər. Nəticədə müxtəlif fiziki amillərin təsirindən bütün orqanlar və toxumalar əmələ gəlir. Beləliklə, tam ziqotadan terminal yetkin (differensasiya olunmuş)  hüceyrələr yaranır.  Lakin onlarda da böyük çatışmazlıq var: onlar bölünə bilmirlər. Onlar hər biri  gec-tez qocalır. Əgər orqanizmdə  differensasiya   olunmuş  hüceyrələrin  tükənməyən ehtiyatları olmazsa, orqanizm tez qocalar və məhv olar.    Lakin həmin ehtiyatların olduğu sübut olunmuşdur. Bunlar gövdə  hüceyrələridir. Onları 1908-ci ildə rus alimi A Maksimov belə adlandırıb. Gövdə  hüceyrələrinin  davamçıları  yaşlı orqanizmdə daimi olaraq toxumaları təzələyirlər. Hər bir toxumanın, hətta ürək və sinirtoxumasının da öz gövdə  hüceyrələri olduğu aşkarlanıb. Hüceyrələr nə qədər tez-tez yenilənirsə, onun gövdə  hüceyrələri   bir o qədər çoxalır. Məsələn, dərinin gövdə  hüceyrələri sinir hüceyrələrindən çoxdur. Hər toxuma bir neçə tip hüceyrədən təşkil olunub və bu toxumanın gövdə  hüceyrələri   digər toxumaların  deyil, yalnız doğma hüceyrələrin  hər birinə başlanğıc verə bilər. Məsələn, hemopoetik gövdə  hüceyrələri  neyrona deyil, yalnız qan hüceyrələrinə  başlanğıc verə bilər.

Gövdə  hüceyrələri  daim bölünür, lakin orqan zədələnərsə və təcili bərpaya ehtiyac varsa, o zaman  aktiv bölünmə müşahidə olunur. Gövdə  hüceyrələri  ən çox  yeni doğulmuşlarda olur. Yaş artdıqca onların sayı azalır, lakin insan qocalana kimi onlar fəaliyyətdə olurlar.

Müxtəlif tip  gövdə  hüceyrələri  var.  Ən universal gövdə  hüceyrələri  ziqotadır, bütün hüceyrələrə  başlanğıc verir. Lakin differensasiya artdıqca bu xüsusiyyət azalır, məhdudlaşir. Beləliklə, canlı orqanizmin həyat yolu tədricən yetkinləşir  və mükəmməlləşir.

2012-ci ilin Nobel mükafatçısı C.Gerdonun eksperimentləri

79 yaşlı Britaniyalı alim  hələ 1962-ci ildə müəyyən etmişdi ki, orqanizmin hüceyrələrinin funksiyası dəyişə bilər və yetkin hüceyrənin DNT-də orqanizmin bütün toxumalarının formalaşması üçün hər cür lazımi informasiya vardır. D.Gerdon qurbağanın nüvəsi dağıdılmış yumurta hüceyrəsinə  çömçəquyruğun   yetkin  hüceyrəsinin nüvəsini köçürüb . Çoxsaylı tədqiqatlardan sonra alınan nəticələrdə həmin yumurta hüceyrəsindən sağlam çömçəquyruq   əmələ gəlir, sonra yetkin qurbağaya çevrilir.

Deməli, differensasiya  geri dönən prosesdir. Hətta yetkin hüceyrənin nüvəsi əlverişli şəraitdə yeni orqanizmə başlanğıc verə bilər. O vaxtadək elə hesab edilirdi ki, yetişmiş hüceyrə və onun funksiyası dəyişməzdir.

S.Yamanakanın tədqiqatları

S.Yamanaka 2006-cı ildə siçanın yetkin dəri  hüceyrələrinə müəyyən genlər yeridilməsi yolu ilə onları gövdə  hüceyrələrinə  çevrilməsini kəşf etmişdir.

Uzun sürən eksperimentlərdən sonra Yamanaka  göstərdi ki, differensasiya   olunmuş hüceyrələrin gövdə  hüceyrələrinə proqramlaşması  üçün  cəmi 4 genin ekspressiyası kifayətdir. Bundan əlavə o aşkar etdi ki, gövdə  hüceyrələri də   əksinə olaraq differensasiya  olunmuş hüceyrələrə  çevrilə bilər  (müxtəlif orqan hüceyrələrinə –  sinir və ya bağırsaq hüceyrələrinə).

Siçandan alınmış dəri hüceyrələrinə 4  zülalın geni yeridilir. Bunlar  gövdə  hüceyrələrinə çevrilir, ordan yetkin siçan orqanizmi əmələ gəlir. Bəzi ölkələrdə  qadağan olunmasına baxmayaraq  əvvəllər  gövdə  hüceyrələrini embrional hüceyrələrdən alırdılar. Gələcəkdə bu hüceyrələrin bir çox xəstəliklərin müalicəsində, eləcə də qocalmaya qarşı ən effektli vasitə olacağına şübhə yoxdur.

Bir qədər laureatlar haqqında

Con Gerdon 1972-ci ildən Kembric kollecində dərs deyir, hazırda həm də Kembricdə öz institutuna rəhbərlik edir. 50 yaşlı Yamanaka hazırda Kioto Universitetinin professorudur və San-Fransiskodakı  Qledston Ürək-damar xəstəlikləri institutu ilə  əməkdaşlıq edir.

 

Hazırladı:

Aytən Səmədzadə