Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya
Şaxta Avropanı öz cənginə alıb. Bəzi ölkələrdə rekord şaxta qeydə alınıb
 
Avropada sərt qış öz üzünü göstərməyə davam edir. "Köhnə qitə"də artıq bir neçə gündür ki, mənfi temperaturlu sərt hava hökm sürür. Şaxta, əsasən, Mərkəzi və Şərqi Avropanı öz cənginə alıb. Polşada donvurmadan artıq 20 nəfər ölüb. Ölkənin bəzi rayonlarında temperatur -20 dərəcəyədək düşüb.

Güclü qar Balkan ölkələrinin sakinlərini də hazırlıqsız yaxalayıb. Xorvatiyada son 57 ildə ən güclü qar 4 nəfərin ölümünə səbəb olub. Adriatik dənizinin sahillərində fırtına qopub. Küləyin sürəti saatda 200 kilometrə çatır.

Bosniya və Herseqovinada yüzlərlə ev hələ də işıqsız qalır. Monteneqronun şimalında isə qar nəqliyyatın hərəkətini tamamilə iflic edib. Yüzlərlə sürücü qida, su və yanacaqsız yollarda "qar əsarətində" qalıb.

Çexiyanın da bəzi rayonlarında anomal şaxta hökm sürür. Burada dekabrın əvvəlləri üçün qeyri-adi göstərici, -27 dərəcə temperatur qeydə alınıb, 1 nəfər donvurmadan ölüb. Ukrayna və Serbiyada da güclü qar yağması yollarda iri tıxacların yaranmasına səbəb olub.

Şərqi Avropada davam edən qarlı və şaxtalı hava kütlələri Almaniyaya da təsirsiz ötüşməyib. Ötən gün ölkənin şərq hissəsində aramsız yağan qar ucqar rayonlarda və yollarda problemlərə səbəb olub. Saksoniya əyalətinin əksər bölgələri tamamilə qarın altında qalıb. Rəsmilərin sözlərinə görə, kəskin hava şəraiti ilə əlaqədər olaraq əyalətdə bir çox məktəb və sosial xidmət sahələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Frankfurt hava limanında qarla əlaqədar 350-dən çox aviareys təxirə salınıb. Dəmiryol nəqliyyatı da gecikmələrlə işləyir. Meteoroloqlar şaxtalı havanın hələ bir neçə gün də davam edəcəyini proqnozlaşdırırlar.

Şaxtalı qışın adi hal olduğu Finlandiyada isə bu qış bağban və süpürgəçi qıtlığı yaranıb. Küçələrin qardan təmizlənməsi üçün mövsümi iş təklif olunur. 2000 avro əmək haqqı vəd edən finlərin küçələrini qardan təmizləmək üçün Estoniyadan xeyli işçi qüvvəsi gəlib. Qeyd edək ki, Avropada şaxtalı havanın ən azı həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır.