Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
22-28 avqust 2019-cu il
33 (1080)
15-21 avqust 2019-cu il
32 (1080)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

Satışları son on ildə ilk dəfə aşağı düşüb

Dünyanın ən böyük “fast-food” restoranlar şəbəkəsi “McDonald's” bu ilin üçüncü rübündə son on ildə ilk dəfə satışlarının azaldığını açıqlayıb.

“McDonald's”ın  son üç ayda qlobal miqyasda satışlarında aylıq əsasda 1.8%-lik bir azalma qeydə alınıb.  Beləliklə, şirkətin 2003-cü ilin may ayından bu yana ilk dəfə aylıq satışlarında eniş baş vermiş olub.

Bu açıqlamanın ardınca “McDonald's”ın səhmlərinin qiyməti son bir ilin ən aşağı səviyyəsinə geriləyib. 

2012-ci ilin iyununda vəzifəyə  gələn yeni İdarə Heyətinin sədri şirkət üçün çətin günlərin qapıda olduğunu bildirib.

ABŞ-ın məsləhət şirkəti olan “Edward Jones”-in analitiki Jak Russo “Bu vəziyyətin vəzifəyə yeni gələn sədr ilə bir əlaqəsi yoxdur. Yalnız pis zamanla və şanssızlıqla əlaqədar bir vəziyyətdir. Bu vəziyyətin öhdəsindən gələcəklər”, - o, deyib.

Russo “McDonald's”ın bu ay yeni kampaniyalarla satışlarını artırmağa çalışacağını, ancaq ABŞ-ın şimal sahillərinə ciddi zərər vuran “Sandy” qasırğası səbəbindən noyabr satışlarında ciddi bir artımın gözlənilmədiyini söyləyib.

Qeyd edək ki, “McDonald's”ın dünyada  34 min restoranı var.