Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

Avropanın aparıcı telekommunikasiya operatoru TASIM layihəsinə qoşulmaq niyyətindədir

Avropanın aparıcı telekommunikasiya operatoru "TeliaSonera" şirkəti Transavrasiya superinformasiya magistralının (TASIM) yaradılması layihəsinə qoşulmağa hazır olduğunu ifadə edib. Bu barədə çərşənbə günü Trendlayihə üzrə işçi qrupunun rəhbəri İlyas Naibovylisli bildirib.

"Skandinaviya operatorunun layihəyə birləşməsi üzrə danışıqlar yüksək səviyyədə keçirilib. Bu görüş çərçivəsində "TeliaSonera" rəhbəri ümumi şəkildə layihədə iştirak etməyə hazırlığını ifadə edib", - Naibovylisli bildirib.

Onun sözlərinə görə, çox güman ki, bu şirkətin TASIM layihəsində iştirakı məsələsinə iştirakçıların dekabrda nəzərdə tutulmuş görüşü çərçivəsində toxunulacaq.

Onun sözlərinə görə, ilin sonunadək konsorsiumun yaradılması üzrə işlər başa çatacaq. Daha sonra isə tikintiyə başlanılması planlaşdırılır.

"Nikbin proqnozlara görə, kabel magistralının tikintisi üzrə işlərin 2013-cü ilin sonuna başa çatdırılması nəzərdə tutulur. Onun işə salınması isə 2014-cü ildə olacaq. Əsas məsələ Xəzər dənizinin dibi ilə çəkilməli olan kabel magistralının sualtı hissəsinin tikintisidir. Dəniz seqmenti ilə bağlı danışıqlar prosesi Qazaxıstan tərəfi ilə aparılır", - deyə o, qeyd edib.