Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

Avrozona: daxil olmaq ya olmamaq?

 Avrozonaya üzv olmaq arzusunda olan ölkələr tərəddüd qarşısında...

Vahid Avropa valyutası rəsmi təsis edildikdən sonra tez bir zamanda Avropa ölkələrini özünə çəkən maqnit təsiri bağışlayırdı. Lakin həmin regionları bürümüş borc böhranı bu idilliyanı dağıtdı. Avrozonadan bir neçə üzv ölkənin çıxma təhlükəsi azmış kimi, ona qoşulmaq istəyən potensial namizədlər də bir-birinin arxasınca öz fikirlərindən dönürlər.

Avro, valyuta ittifaqına daxil olan ölkələrin üstünlüklərini həqiqətən, uzun müddət qorumuşdur. Hesablaşmaların rahatlığı, aşağı inflyasiya, sabit kurs – bütün  bunlar iqtisadi inkişafın sürətini, investisiya cəlbediciliyini və maliyyə bazarlarına vəsait axınını təmin edirdi. Təəccüblü deyil  ki, avrozonaya qəbul üstünlük hesab edilir, layihənin uğuru isə Avropa İttifaqını bura daha çox dövləti qoşmağa həvəsləndirirdi.

Deyirlər ki, nöqsanlar çox vaxt yaxşı cəhətlərin davamıdır. Avro ilə də məhz belə oldu.  Avropanın maliyyə sisteminin möhkəmliyinə inam  ayrı-ayrı ölkələrə remaliyyələşmənin aşağı dərəcələrini müəyyən etməyə və dövlət istiqrazları üzrə daha az faiz ödəmək inkanı verdi. Nəticədə bu ölkələrin bəziləri özünü daha təhlükəsiz hiss etməyə və gələcəyi düşünmədən borclar götürməyə başladılar. 2008-ci il böhranı da vəziyyəti dəyişmədi - əksinə, bu ölkələrdə dövlət borcu sürətlə artırdı, belə ki, iqtisadi çətinliklər dövlət xərclərinin artımını tənzimləyirdi. Bunun parlaq misalı Yunanıstan oldu, halbuki hazırda  borc böhranı yaşayan ölkələr də buna bənzər çətinliklərə məruz qalırlar.

Bütün bunlarla yanaşı, “qəfil” məlum oldu ki, iqtisadi çətinliklərə qarşı mübarizənin ənənəvi tədbirləri artıq işləmir. Məsələn, əvvəllər bu və ya digər ölkə sadəcə devalvasiya etməklə, iqtisadiyyatın rəqabətqabiliyyətliliyini kəskin artıra bilərdi. Avrozonada bu kələk keçmir.

Nəticədə Avropanın analitikləri, iqtisadçıları, habelə siyasi xadimləri bəyan etməyə başladılar ki, avrozona son günlərini yaşayır və onun xilası üçün daha problemli üzvlərinin onu tərk etməsi zəruridir.  Problemli ölkələrin sayının artmasını nəzərə alsaq, bu valyuta birliyinin çox güman ki, yarısı qalacaq. Bu ideya böhrandan əziyyət çəkən bəzi (hələlik) ölkələrdə radikal dairələr tərəfindən də dəstəklənir. Bir çoxları defolt elan edib öz valyutasına qayıtmağı da təklif edir. Onlar bu yolla iqtisadi proseslərə bir qədər təsir etmək niyyətindədirlər.

 

Avrosuz Polşa

Bütün baş verənləri görən bir sıra dövlətlər, ilk növbədə, Şərqi Avropanın keçmiş Varşava Müqaviləsi Təşkilatına üzv olanlar indi bu məsələ ətrafında daha ciddi düşünməyi qərara almışlar. Bununla əlaqədar olaraq, son zamanlar regionun flaqmanlarından biri – Polşanın səsi ucalır. 2008-ci ilin sentyabrında, qlobal kredit böhranının kəskin mərhələsi ərəfəsində Polşanın baş baziri Donald Tusk demişdi ki, onun ölkəsi avrozonaya 2012-ci ilin yanvarında daxil olacaq. Bir ildən sonra Polşa Maliyyə Nazirliyi bəyan etdi ki, bu əlamətdar hadisə 2014-cü ildə baş tutacaq. Elə həmin vaxt Tusk bu tarixi daha bir il təxirə saldı.

2011-ci ildə Polşanın xarici işlər naziri Radoslav Sikorski bu tarixi yenidən təxirə salaraq 2016-cı ilə qədər uzatdı.

Onu da qeyd edək ki, hazırda Polşa bu məsələdə öz şərtlərini irəli sürür: ölkə avrozonaya yalnız o zaman daxil olacaq ki, burada maliyyə vəziyyəti tam sağlam olsun. Bundan başqa, bloka qəbul Polşanın özü üçün də faydalı olmalıdır.

Ötən həftə isə Polşa Mərkəzi Bankının sədri Marek Belka avrozonaya qəbulun tarixi barədə danışmaqdan imtina etmiş, əvəzində demişdir ki, “avronun yaranmasının özü səhv addım olmuşdur”. O, qeyd etmişdir ki, Polşa bu birliyə daxil olmayacaq, belə ki, avrozonanın özü yaxın zamanlarda dağıla bilər.

Bu cür bəyanatları başa düşmək olar. Belə ki, Polşa Avropa meyarlarına görə əvvəlki kimi yoxsul ölkə olaraq qalır – onun Ümumi Daxili Məhsulu adambaşına 20 min dollara çatır. Müqayisə üçün qeyd edək ki, avrozonada bu göstərici orta hesabla 30 min dollardır. Buna baxmayaraq, böhranlı dövrlərdə də Polşa iqtisadiyyatı sabit inkişaf etməkdə davam etmişdir. 2008-2009-cu illərdə ölkə resessiyadan yan keçmiş, hazırda isə bir ildə ÜDM-in 2-3% iqtisadi artımını nümayiş etdirir. Valyuta birliyi ölkələrində belə göstərici demək olar ki, yoxdur. Ölkənin maliyyə sektoru möhkəm sütunlar üzərində dayanıb, dövlət və özəl borcların səviyyəsi aşağıdır. Çox ehtimal ki, Polşa özünü avrosuz da əla hiss edir.

 

Digər ölkələr nə fikirləşir?

Polşanın avrozonaya münasibəti qonşu  Çexiya tərəfindən də dəstəklənir. Belə ki, bu ölkədə aparılan sorğular göstərir ki, Çexiya əhalisinin dörddə biri ölkədə avronun tətbiqinə razı deyil. Avroya münasibətdə Skandinaviya ölkələri – Danimarka və İsveçdə də bu cür antipatiya hökm sürür.  

Bunlardan başqa bir qrup dövlətlər vardır ki, onlar avrozonaya daxil olmaq öhdəliyini öz üzərlərinə götürmüş, lakin indiyə qədər Brüssel meyarlarına əməl etməmişlər. Buna tipik misallar – Macarıstan, Rumıniya və Bolqarıstandır. Bu üçlüyün birincisi – Macaristan müxtəlif iqtisadi məsələlər üzrə Aİ ilə daim münaqişədədir. Bununla yanaşı, Budapeşt BVF və Aİ tərəfindən yardıma iddialıdır.  Bu ölkədə resessiya hələ 2006-cı ildə başlamışdır.

Avrozonada vəziyyət

Sloveniyanın avrozonaya daxil olması uğursuzluqla nəticələnmişdir. Çiçəklənən bu ölkə ittifaqa daxil olandan sonra borclarını artırmış, onun bank sistemi isə iflas həddindədir – problemli borcların həcmi ÜDM-in 20%-nə çatır.  Sloveniya artıq üçüncü ildir ki, resessiyadadır, işsizlik 12%-i keçib.

Avrozona demək olar ki, bütün üzv ölkələrə yalnız zərər gətirib. Şərqi Avropanın son hadisələrə reaksiyası göstərir ki, ibrət dərsi artıq götürülüb. Görünür, avrozonanın Şərqi Avropaya genişlənməsi gözlənilmir.

 

Yeganə MƏMMƏDOVA