Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya
Məhəmməd peyğəmbərin təhqir olunması müsəlmanları ayağa qaldırmışdır
 
Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna hücum olmuşdur. Silahlı şəxslərlə Liviya təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma bir neçə saat davam etmişdir. Silahlılar tərəfindən atəşə tutulan təhlükəsizlik qüvvələri geri çəkilməyə məcbur olmuşlar. Toqquşmalar zamanı ABŞ konsulluğunun əməkdaşı öldürülmüşdür. Bu cür ixtişaşlar Liviya ilə yanaşı, Misirdə də ABŞ səfirliyi qarşısında keçirilmişdir.
ABŞ-da çəkilmiş Məhəmməd peyğəmbəri təhqir edən filmə etiraz olaraq nümayiş iştirakçıları konsulluğun binası üzərindəki Amerikanın bayrağını çıxararaq cırmış, onun yerinə isə üzərində “Allahdan başqa Allah yoxdur və Məhəmməd onun rəsuludur” sözləri yazılmış qara bayraq asmağa çalışmışlar.
Nümayişdə 2000-ə yaxın adam iştirak etmişdir. Səfirlik etiraz aksiyası ilə bağlı açıqlama verməmişdir.
Mediada yayılan bəzi xəbərlərə görə, müqəddəs “Qurani-Kərim”i yandırmaqla müsəlmanları qəzəbləndirən xristian keşiş Terri Couns 11 sentyabr hadisələri ilə bağlı Floridada anım tədbirində iştirak edərək Məhəmməd peyğəmbəri rəmzi olaraq mühakimə etmiş və bu internetlə canlı yayımlanmışdır.