Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya
Ceyms Kemeronun şirkəti müflisləşdiyini elan etdi
 
ABŞ-ın “Terminator”, “Yad adamlar”, “Avatar” filmlərinin rejissoru Ceyms Kemeronun iştirakı ilə yaradılmış “Digital Domain Media Group” şirkəti müflisləşdiyini elan etmişdir.
Şirkətin baş direktoru Con Tekstor studiyanın bağlanması barəsində qərarla razılaşmağını bildirərək istefa vermişdir.
Xüsusi effektlərin istehsalı ilə məşğul olan şirkət “Titanik”, “Karib dənizinin quldurları”, “Transformerlər”, “Ulduzlu yol” və “Adamlar-İks: birinci sinif” filmlərinin yaradılmasında iştirak etmişdir.
Firma fəaliyyətini hələ 2012-ci ilin iyulunda dayandırmışdır, halbuki onun səhmlərinin ilkin yerləşdirilməsi (IPO) 2011-ci ilin noyabrında olmuşdur. “Digital Domain Media Group” şirkəti səhmlərinin ilkin yerləşdirilməsi zamanı 400 milyon dollar cəlb edə bilmişdir. Lakin onun yaşaması üçün vəsait çatışmamışdır. Şirkət artıq xərclərini ört-basdır etmək və kreditorlarla hesablaşmaq üçün mülkiyyətini hərraca çıxarmağa razılıq vermişdir.
Şirkətin daşınmaz əmlakının satışı üzrə hərrac bu il sentyabrın 21-də keçiriləcəkdir.