Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

"DİA Holding" Türkiyədə ən böyük sağlamlıq kompleksini və

İstanbulda 3-cü boğaz körpüsünü tikəcək

Türkiyədə hər kəsin böyük diqqətinə səbəb olan tenderlərin qalibləri müəyyənləşib. Azərbaycanda böyük layihələrə imza atan "DİA Holding" Ankara Bilkent Sağlamlıq Kompleksi Tikinti işləri Məhsul və Xidmətlərin Təmin Edilməsi layihəsi üzrə elan olunmuş tenderin qalibi olmuşdur.

Kompleks 1 milyon 200 min kvadrat metr sahəsində inşa ediləcək. Tərkibində doğum evi, ümumi uşaq ürək-damar xəstəlikləri ortopediya və nevroloji elmlər, yüksək mühafizəli məhkəmə psixiatriya və fiziki müalicə və reabilitasiya xəstəxanalarının olacagı kompleksin inşa müddəti 3.5 ildir.

İstanbulda şəhərin simvolu sayılacaq növbəti boğaz körpüsü "DİA Holdinq"in ortaq şirkəti "IC İçtaş" imzasıyla həyata vəsiqə qazanacaq.

"DİA Holding"in törəmə şirkəti "İÇTAŞ İnşaat Sənaye Ticarət A.Ş." İstanbul 3-cü Körpü layihəsini 10 il 2 ay müddətlə (İş müddəti ) qazandı.

İstanbul Boğazına inşa ediləcək 3-cü körpünün tikintisini ehtiva edən "Şimali Mərmərə Şosesi” Layihəsinin Odayeri-Paşaköy (3-cü Boğaz Körpüsü daxil) Sahəsinin layihəsini təklif edən iş ortaqlıqlarının təklifləri açıqlandı.

Şose layihəsi ümumi uzunluğu 1875 metrlik asma körpü, 60 metr uzunluğundakı körpü yolu və ümumi uzunluğu 21 kilometr olan tunelləri əhatə edir.

Yol üzərində, bağlantı yolları üzərindəkilər də daxil olmaqla 45 qovşaq mövcuddur.

Ümumi uzunluğu 1875 metr olan və Garipçe və Poyrazköyyeri arasına inşa ediləcək körpünün ayaqlar arası məsafəsi isə 1275 metr olacaq.

Təkliflərin açıqlanmasından sonra təşkil olunan mətbuat konfransında "DİA Holding" törəmə şirkəti "İçtaş İnşaat Sanayi Ticaret AŞ"-nin ən yaxın rəqibindən 4.5 il qısa iş müddəti təklif etdiyi müəyyənləşdirilmishdir.

Sərmayə həcminin 2,5 milyard dollar olduğu bildirilən layihənin, 3 il içində tamamlanacağı açıqlandı.

 "DİA Holding" törəmə şirkəti İçtaş İnşaat Sanayi Ticaret AŞ- Türkiyə və Dünya inşaat sektorunun qabaqcıl quruluşlarındandır. Rusiyada Sank-Peterburq Hava limanı və Western High Speed DİAmeter Layihəsi daxilində yer alan yol və körpü inşaatı işlərinin inşasına başlanmışdır. Bununla yanaşı,  o turizm və otelçilik, enerji, hava və dəniz limanı müəssisəsi və sənayedə də fəaliyyət göstərməkdədir.

DİA Holding Azərbaycan Respublikasında inşa etdiyi və dünya memarlıq tarixinə daxil olan Heydər Əliyev Mərkəzi və Alov Qüllələri layihələrindən sonra artıq digər ətraf bölgə ölkələrində də fəaliyyət göstərir. Türkiyədəki layihələrlə ilk addım atılmış və davamının yaxın bölgə ölkələrində gözlənildiyi bildirilir.