Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

2010-cu ilin maliyyə cinayətlərinin hit-paradı

 

2010-cu ildə dünya iqtisadiyyatında mövcud çətinliklər azmış kimi, fırıldaqçı və natəmiz oyunbazlar da maliyyə xidmətləri istifadəçilərinə bütün cəbhəboyu hücum edərək onların çətinliklərini daha da artırdılar. Zərbənin onsuz da çətinlikdə olanlara, iş yeri, kreditlər və borclarını həll etmək  istəyənlərə dəyməsi xüsusilə acınacaqlıdır. Biz bu yazıda ABŞ-da yayılmış iqtisadi fırıldaqlardan bəhs edəcəyik.  Təbii ki, heç birimiz bu cür maliyyə fırıldaqlarından sığortalanmamışıq. Ona görə də, ən çox yayılmış cinayətlər barədə məlumatlı olmaq bəlkə də bizi bu cinayətlərdən bir qədər qoruyar.  Beləliklə, 2010-cu ilin ən populyar maliyyə cinayətlərinin hit-paradı:

10. İş axtarırsan – tələyə düşürsən  

Keçən ilin nəticələrinə əsasən Birləşmiş Ştatlarda işsizliyin səviyyəsi 9%-dən artıq olmuşdur (2011-ci ildə artıq bu göstərici 18%-ə çatmışdır) və cinayətkarlar ümidsizliklə iş axtarmaqda olanlardan pul qazanmaqdan çəkinməmişdilər. Yayılmış fırıldaq sxemlərindən biri belədir: işəgötürən adı ilə kimsə iş axtarana vakansiya təklifi ilə zəng edir və bununla bərabər həmsöhbətinə onun şəxsi məlumatlarının yoxlanılmasının lazım olduğunu deyir və bunun üçün kreditlər haqqında məlumat istəyir.  Belə hallarda bəzən qeydiyyat formasının doldurulmasını təklif edərək şəxsi maliyyə məlumatlarını soruşurlar, bəzən isə kredit tarixini yoxlamaq üçün xərclərin ödənilməsini tələb edirlər.   

9. Evdən kənara çıxmamaqla iş təklifi    

Better Business Bureau-ın məlumatına əsasən fırıldaqçılığın bu növü ən təhlükəlidir.  İnternet istifadəçilərini tez-tez evdən çıxmadan altı rəqəmli məbləğlər qazanmaq təklifləri olan pəncərələr izləyir.   Ancaq tələyə düşməyə dəyməz: yəqin ki, sizə evdə qazanmaq üçün hansısa “sirləri” açıqlamağa görə pul istəyəcəklər. “İşin” özünə gəldikdə isə, bu çox zaman oğurluq əşyaları şəxsi mənzilinizdə saxlamaq təklifini nəzərdə tutur. Bu o demək deyil ki, evdə qazanmaq üçün imkanlar yoxdur, lakin hər hansı bir məbləği ödəmək təklifi olan məşğulluq təkliflərindən birmənalı olaraq özünüzü qorumalısız.

8. “Borcların nizama salınması”   

Borcların nizama salınması proqramları heç də həmişə qeyri-qanuni deyil və bir çox Amerika borc alanları öz kredit problemlərini vasitəçi şirkətlərin köməyi ilə həll etmişlər. Lakin kiminsə bəxti daha az gətirib: borclardan rahat qurtarmaq təkliflərinə aldanmaqları səbəbindən ziyan çəkmişlər. “Sözdə bu rahatdır, lakin işdə borclardan qurtarmaq prosesi illərlə davam edə bilər”, - deyə Better Business Bureau-dan Elison Sautvik izah edir. Onun sözlərinə görə,  resessiyanın başladığından büroya belə fırıldaqlardan ziyan çəkənlərdən məktublar  Amerikanın 50 ştatından gəlmişdir.

Bir qayda olaraq belə şirkətlər müştəridən borcların ödənişinə köçürülməsi üçün ayrı hesab açmalarını tələb edirlər. Lakin müştəri borcu ödəmək əvəzinə bu akkaunta vəsait köçürdüyü halda onun kredit tarixi ancaq pisləşir, çox banklar isə sadəcə olaraq vasitəçi-şirkətlərlə işləmək istəmirlər. Belə şirkətlərin aldanılmış müştəriləri hətta öz vəsaitlərini geri qaytara bilmədiyi hallar olmuşdur. Məsələn, bir müştəri bu yolla 15 min dollar itirmişdi.

Lakin hətta bu, ən pis variant deyil. Bəzi şirkətlər öz müştərilərinə “sıfırdan”saxta kredit tarixi açmağı təklif edirlər. ABŞ-da bu qeyri-qanunidir və hətta həbs cəzası ilə nəticələnə bilər.

7. Taymşerlər  

2010-cu ildə taymşer fırıldaqçılar arasında xüsusilə yayılmışdı və bunun da  öz səbəbləri var. 2009-cu ildə ABŞ-ın bu sahədə satış həcmi 40%-ə enmişdi, bu səbəbdən taymşer saxlayanlar öz paylarını əbəs yerə satmağa cəhd edirdilər. O vaxt əmlakın qiymətləndirilməsinə və sazişin tərtib olunmasına komissiyanı qabaqcadan tələb edən və satıcılarla alıcılar arasında əlaqə yaratmağı vəd verən natəmiz şirkətlər bundan istifadə etməyə yubanmadılar. 

6. Havayı pendir  

Siz bu məqalədən bir fikri yadda saxlayacaqsızsa, onda bunu yadda saxlayın: əgər nə isə həqiqət olmaq üçün həddindən artıq yaxşı görünürsə, yəqin ki, bu elə də var. 2010-cu ildə fırıldaqçılar belə fikrin təklifinə xəsislik etmədilər: belə ki, çox sayda alıcılar asai giləmeyvəsindən (acai berry) olan dietik preparatın guya havayı testdən keçirilməsinə tamahlanmışdılar. Sınaq müddəti bir həftə davam edirdi, lakin çəkilərini atmaq arzusunda olanlar preparatın hesabını hələ BAƏ-ın yoxlama partiyasından əvvəl alırdılar. Fırıldaq elə miqyasa çatmışdı ki, ABŞ-ın Federal ticarət komissiyası (Federal Trade Commission) hətta bu bioəlavələrin yayımı ilə məşğul olan şirkətlərin hesablarını dondurmuşdu.

5. Dağıdıcı təmir    

Keçən il Amerikada tornadonu ancaq alimlər izləmirdi. Qasırğanın arxasınca dövlətdə təbii fəlakətdən zərər çəkmiş evlərin bərpası ilə məşğul olan fəhlə briqadaları gəzib dolanırdılar. Təəssüf ki, belə “işçilərin” çoxu ya öz işlərini tamamlamırdı, ya da işi çox pis yerinə yetirirdi. 2010-cu ildə Better Business Bureau-ya belə şirkətlər haqqında 7,6 min şikayət daxil olmuşdu.   Onlardan biri keyfiyyətsiz təmirə yaxud heç edilməyən təmirə görə yüzlərlə töhmət alaraq  öz ömrünü bitirmişdi, lakin heç bir zəmanət yoxdur ki, bu şirkət yenidən bazarda digər ad altında fəaliyyətə başlamasın. Öz mənzillərinin bərpasına iri həcmdə pul vəsaiti qoymuş dağılmış ev sahibləri isə yenə də əliboş qaldılar.

4. “Uduzmaq mümkün olmayan” lotereya  

Əlbəttə ki, lotereyada milyonluq cekpot udmaq şansları çox azdır, amma bilet üçün heç olmasa ancaq bir dollar vermək lazım gəlir.  Lakin fırıldaqçılar əks prinsip üzrə hərəkət edirlər: onlar adamlara artıq böyük məbləğdə pul udduqlarını xəbər verir, hətta bunu sübut etmək üçün çek də göndərirlər. Sonra “bəxtəvərdən” guya komisyon xərcləri və vergiləri ödəmək üçün min dollar tələb edirlər. Daha sonra cinayətkarlar yoxa çıxır və onlarla bərabər, aldanan qalibin gözəl həyat xəyalları da buxarlanır.

3. Şəxsi məlumatların oğurlanması 

Son  zamanlar ən populyar cinayətlərdən biri də şəxsi məlumatların oğurlanmasıdır. Yalnız 2009-cu ildə ABŞ-da bunun qurbanı 11,2 mln. insan olmuşdur, bu haqda Better Business Bureau-nun 2010-cu ildə dərc olunmuş tədqiqat materiallarında deyilir.  Həmin il ziyanın orta hesabla bir adama olan həcmi 5 min dollar təşkil etmişdir, bu səbəbdən şəxsi məlumatların oğurlanması ən baha başa gələn fırıldaq hesab olunur. Burada miqyaslar müxtəlif olur, korporativ məlumat bazalarının yüksək texnologiyalı sındırılmasından sadə cib oğurluğuna kimi. Bu səbəbdən şəxsi məlumatları göz bəbəyi kimi  qorumaq lazımdır.

2. Həddən artıq pul da pisdir 

“Monopoliya” stolüstü oyununda “Sizin xeyrinizə olan bank səhvi” uduş opsiyası var.  Lakin oyundan fərqli olaraq, real həyatda belə səhvlər cinayətkar sxemin əlaməti ola bilər. Məsələn, alıcı “təsadüfən” onlayn mal satan satıcıya həddindən artıq məbləğdə çek göndərə bilər, sonra isə birdən ayılaraq artıq məbləği geriyə tələb edə bilər. Satıcı pulu köçürdükdən sonra çekin saxta olduğu aşkar olur və fırıldaqçılar pullarla bir yerdə yox olurlar. İnternetdə satışla məşğul olanlara məsləhət: belə hallarda həmişə pulu göndərməzdən əvvəl təkrarən düzgün çeki tələb etmək lazımdır.

1. Qabaqcadan ödənilən kreditlər   

Sizə pul lazımdır, lakin, kredit tarixi borc almaq üçün kifayət qədər yaxşı deyilsə, nə etmək lazımdır?  Əksər amerikalılar bu vəziyyətə düşmüşdü, bundan isə kredit təklif edən və onun tərtib olunması üçün qabaqcadan ödəmə tələb edən fırıldaqçılar istifadə etmişdilər. Rod-Aylend ştatında belə şirkətlərdən biri, yerli jurnalistlərin bu şirkətin ünvan və telefonunun da “kreditləri” kimi saxta olduğunu aydınlaşdırınca, borc almaq arzusunda olanlardan yüzlərlə dollar almışdı.

YEGANƏ M.