Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

GM yenə dünya lideri

General Motors (GM)  iflasın sahilindən dönməsindən iki il sonra, dünyanın ən böyük avtomobil istehsalçısı adını yenidın qazandı. Şirkət keçən il satışlarını 7,9 faiz artıraraq, 9 milyondan çox avtomobilə yüksəldiyini açıqladı.

2008-ci ildə  GM-i “taxt”ından endirən Toyota,  keçən il 7,9 milyon avtomobil satdı.     

Toyota-nın satışları Yaponiya və Taylanddakı təbii fəlakətlərin fabriklərinə və tədarükçülərinə təsir etməsi səbəbindən düşdü.

Ancaq GM-in birincilik iddiası rəqibi Volkswagen tərəfindən rədd edildi.  Wall Street Journal qəzetinin xəbərinə görə, Almaniya avtomobil nəhəngi GM-i satış rəqəmlərini çinli ortaqlarının (Wuling şirkəti)satışlarını da əlavə edərək şişirtməkdə ittiham etdi.

Volkswagen öz satış rəqəmlərinə səhmlərinin böyük əksəriyyətinə  sahib olduğu yük avtomobili  istehsalçıları  MAN və Scania-nın satışlarını əlavə etmədiklərini ifadə etdi.

Volkswagen 2011-ci ildə avtomobil satışını 8,1 milyon səviyyəsində açıqladı.

2009-cu ildə GM 52 milyard dollarlıq qurtarma kreditiylə iflasdan xilas olmuşdu. ABŞ Xəzinə Nazirliyi hələ də şirkətin səhmlərinin 30 faizinə sahibdir. Şirkət, həmin vaxtdan diqqətini Çin və Hindistan kimi dünyanın ən sürətli böyüyən bazarlarına yönəltdi. GM İdarə heyətinin sədri Dan Akerson, satışdakı müvəffəqiyyətin şirkəti mənfəətə çıxartdığını  və yeni məhsulların yaradılmasına sərmayə qoyula  biləcəyini söylədi.