Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

Kraliça böhranın səbəbkarı olan bankiri cəngavər titulundan məhrum edib

Böyük Britaniya kraliçası “Royal Bank of Scotland” (RBS) bankının rəhbəri Fred Qudvini cəngavər titulundan məhrum edib.
Kraliça II Yelizavetanın bu cür qərar verməsinə səbəb bankirin böhran zamanı buraxdığı səhvlər olub.
Kraliça ser F.Qudvinin titulunu hökumətin xahişi ilə geri alıb. Hökumət hesab edir ki, bankir 2008-2009-cu illərdəki böhranın əsas səbəbkarlarından biridir və “Britaniyanın dövlət mükafatının reputasiyasını zədələyib”. Halbuki əvvəllər yalnız məhkum olunmuş cinayətkarlar və peşəkar təşkilatlardan xaric edilmiş şəxslər bu tituldan məhrum edilib.
Qeyd edək ki, F.Qudvin bank işindəki xidmətlərinə görə 2004-cü ildə cəngavər tituluna layiq görülüb. Onun rəhbərliyi altında RBS dünyanın ən nəhəng banklarından birinə çevrilib. Lakin böhranın qızğın çağında bankda ciddi problemlər yaradıb. Hökumət bankı müflis olmaqdan qorumaq üçün 70 mlrd. dollar xərcləməyə və RBS-i milliləşdirməyə məcbur olub. Hazırda bankın səhmlərinin 83%-i dövlətə məxsusdur, R.Qudvin isə 70 min funt-sterlinq təqaüd almaqda davam edir.