Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya
BVF İran neftinin ixracına embarqo qoyularsa, dünya bazarında neftin qiymətinin 20-30% artacağını bəyan edib. BVF ekspertləri İrana qarşı sanksiyaların nəticələrinin Liviya inqilabından sonra olduğu kimi, təhlükəli və irimiqyaslı olacağını bildiriblər. “Əgər İran Fars körfəzinə girişi bağlamaq barədə təhdidini yerinə yetirmək qərarına gəlsə, nəticələr daha dramatik olacaq. Hörmüz körfəzinin bağlanması regionda geopolitik gərginliyi artıracaq və analoqu olmayan qeyri-stabillik yaradacaq” - deyə ekspertlər qeyd ediblər. Qeyd edək ki, dünyada hasil olunan neftin 25%-i, İraq, Küveyt, Səudiyyə Ərəbistanı kimi ölkələrdən ixrac olunan neftin isə 40%-i Hörmüz körfəzi vasitəsilə həyata keçirilir. İranın Avropaya ixrac etdiyi neftin 68%-ni Yunanıstan, İtaliya və İspaniya alır. Ötən il Avropa Birliyi ölkələri İrandan sutkada 600 min barel neft alıb. Yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.