Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya
ABŞ-ın “Yahoo Inc.” internet şirkətinin xalis mənfəəti (minoritar səhmdarların paylarını çıxmaq şərtilə) 2011-ci ildə 14,8% azalaraq illik müqayisədə 1,23 mlrd. dollardan 1,05 mlrd. dollara enib. Xatırladaq ki, Yahoo!-nun Amerika versiyasının yaradıcılarından biri və baş direktoru Cerri Yanq şirkəti tərk etmişdir. C.Yanq idarə heyətini və bütün tutduğu vəzifələri tərk etmişdir. Həmçinin, o, Çində Yahoo! servislərinə malik olan holdinq internet-şirkəti Alibaba Group-un idarə heyətində tutduğu vəzifəni tərk etmişdir. C.Yanqın sözlərinə görə, o Yahoo!-dan kənar layihələrlə məşğul olmağa hazırlaşır. Qeyd edək ki, C.Yanq şirkətin əsasını Devid Faylo ilə birlikdə 1994-cü ildə Stenford Universitetində aspirantura təhsili aldığı zaman qoymuşdur. Hal-hazırda şirkət, xidmətlərindən 500 milyon istifadəçinin yararlandığı məşhur axtarış saytını və internet-xidmətlərin nəhəng spektrini təqdim edir. Şirkətin qərargahı Sanniveyl (Sunnyvale) şəhərində yerləşir (Kaliforniya, ABŞ). Şirkətin gəlirlətinə gəldikdə isə, 2011-ci ilin III rübündə Yahoo!-nun xalis mənfəəti 298 milyon dollar təşkil etmişdir ki, bu da ötən ilki 398 milyon dollardan 25% azdır. Alexa İnternetin statistikasına əsasən, bu günki gündə Yahoo! qlobal şəbəkədə istifadəçilərin ən çox daxil olduğu 4-cü veb-saytdır. Daxil olmaların 28%- isə təkcə bir səhifənin baxılmasını təşkil edir. Könül Əzizova