Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya
Avropa Birliyi dedi və etdi Avropa Birliyindən İrana neft sanksiyası Avropa Birliyi İrana qarşı hədələrini ged-gedə dahada güclədirir. Belə ki, 23 yanvar 2012-ci il tarixində Brükseldə Avropa Birliyinin Xarici işlər Nazirləri İrana yönəlmiş yeni sanksiyaları müzakirə etmək üçün görüş keçirdilər. Bildirək ki, görüşdə İrandan neft idxalının pilləli olaraq qadağan edilməsini qeyd edən bir qərar qəbul edilmişdir. Elə buna görə də AB üzvləri bu həftədən etibarən İrandan xam neft idxalı ilə əlaqədar yeni müqavilə imzalayacaqlar. Mövcud müqavilələr 1 iyulda sona çatdığında isə AB-in İrandan neft idxalatı ilin ikinci yarısında tamamilə dayanmış olacaq.AB Xarici işlər üzrə Yüksək Nümayəndəsi Catherine Ashton isə, sanksiyaların məqsədinin İranı müzakirə masasına çevirmək olduğunu qeyd edərək:"Xüsusilə Mərkəzi Bankı və neft ixracatına istiqamətli əlavə tədbirləri nəzərə alıb və nəticə çıxarayacayıq. Ancaq bunu bir dəfə daha təkrarlamaq istəyirəm. Bunlar iki qanadlı bir yanaşmanın parçasıdır. Sanksiya nəşr/təzyiqi İranın təklifimizi ciddi qəbul etməsi və müzakirə masasına yenidən dönməsi üçün tətbiq olunur."-deyə bildirmişdir. Onu da qeyd edək ki, İranın nüvə proqramından narahat olan AB ölkələri cümə axşamı günü də İran Mərkəzi Bankına istiqamətli sanksiya qərarı almışdı. Axırda nəzərinizə onu da çatdıraq ki, Avropa Birliyi 20% neftə olan tələbatını İrandan idxal edir.