Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

Olympus ətrafında yeni qalmaqal

 

Fotoaparat və tibbi avadanlıqlar istehsalçısı olan Olympus ətrafında yeni qalmaqal meydana gəlmişdir : onun balansından 5 milyard dollara yaxın vəsait itmişdir. Bu haqda məlumatı New York Times qəzeti vermişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, yox olmuş milyardlar  ölkənin ən böyük yakudza sindikatına və cinayətkar qruplarına köçürülmüşdür. Fotokamera və endoskop istehsal edən bu yapon şirkəti isə 1,4 mlrd. dollar məbləğində şübhəli ödənişlərin təyinatı haqda izahları verməmiş, 5 mlrd. dollar məbləğində əməliyyatlar da aşkar olunmuşdur. Bu naməlum ödənişlər əsasən konsultasiyalar üçün qonorar şəklində ödənilmiş və balansda öz əksini tapmamışdır. Qəzet araşdırmalar aparan komissiyanın daxili hesabatlarına əsaslanaraq  qeyd edir ki, bu məbləğin yarısından çox hissəsi cinayətkar sindikatlara, o cümlədən, nəhəng yakudza qruplaşması Yamaquçi-qumiyə köçürülmüşdür. Cinayətkarların əvvəlki maliyyə maxinasiyalarını həyata keçirmək üçün yardım edən şirkətdən pul tələb etmələri və şirkəti şantaj etmələri də istisna olunmur. Hələlik Olympus araşdırmaların yeni detalları haqda məlumata şərh verməmişdir. Daha əvvəl şirkət qeyd etmişdir ki, bütün şübhəli əməliyyatları xərcləri örtmək üçün həyat keçirmişdir.

Araşdırmalar nəticəsində Olympus şirkətinin “konsultasiya qonorarlarının” sahiblərinin kim olduğu haqda məlumatlı olduğu sübut olunarsa, o zaman onun səhmləri Tokiya fond birjasında satışdan çıxarıla bilər. Lakin araşdırma nəticəsində məlum olan detallar artıq öz zərbəsini endirmişdir : ötən həftə onun səhmləri 16 %-dən çox enmişdir.