Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

“Qara cümə”

CNN-in verdiyi məlumata görə, amerikalılar “qara cümə” (“black Friday”) və son istirahət günləri ərzində  52,4 mlrd. dollar xərcləmişlər. Mağazaların erkən açılması və yüksək endirimlər pərakəndə satıcılara rekord həddə gəlir əldə etməyə imkan vermişdir. Ötən il amerikalılar 45 mlrd. dollar xərcləmişlər, bu illə müqayisədə məbləğ 16%  artaraq 52,4 mlrd. dollar olmuşdur. Bu hesabatlar ABŞ-ın Milli Pərakəndə Ticarət Federasiyasında (MPTF) aparılır. Bundan başqa, alış-verişlə məşğul olan insanların da sayı xeyli artmışdır. Ötən il noyabr ayının 3-cü cümə axşamı ABŞ-da Şükran gününün (Thanksgiving Day) qeyd olunması başa çatdıqda, bazar günü gecəsinə qədər 212 milyon insan alış-veriş etmişdir. Bu il göstərici 226 milyon nəfərə qədər artmışdır. Adambaşına düşən orta qəbz məbləği də qeyd olunmuşdur – ötən il 365,34 dollar təşkil edən bu məbləğ, bu il 398,62 dollar təşkil etmişdir. Ən çox tələbat geyim, daha sonra ev və məişət əşyaları, kosmetika və  elektronikaya olmuşdur. “Vurğulamaq lazımdır ki, bizim yeni ənənəmiz meydana gəmişdir, belə ki, Şükran günü qeyd olunan gecə daha çox və yeni mağazalar açılır və bu tendensiya inkişaf edir”, - ABŞ MPTF-ın sənaye analizi şöbəsinin rəhbəri Marşal Koqan qeyd etmişdir. “Qara cümədən” başqa ABŞ-da eləcə də “kiber bazar ertəsinə” (“cyber Monday”) olan statistika məlumatları maraqla gözlənilir. Şükran günündən sonra ilk bazar ertəsi olan bu gündə internet mağazalarında rəsmi endirimlərə start verilir. Özü də onların artım həcmi cümə göstəricilərini ildən ilə üstələyir.