Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya
Türkiyənin Van şəhərində baş vermiş yeni zəlzələ nəticəsində ölən və yaralananlar vardır

Noyabrın 9-da yerli vaxtla saat 21.23-də Türkiyənin Van şəhərinin 16 kilometrliyində episentri Edremit rayonu olmaqla Rixter cədvəli üzrə 5,6 bal gücündə zəlzələ baş vermişdir.
Zəlzələ nəticəsində Van şəhərindəki iki otel də daxil olmaqla 25 bina dağılmış, aralarında jurnalistlər də olan yüzdən çox insan dağıntılar altında qalmışdır. Türkiyə Fövqəladə Hallar Komissiyasının məlumatına görə, dağıntılar altından 23 nəfər sağ çıxarılmış, 7 nəfər isə həlak olmuşdur.
Üç binanın dağıntıları altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə tədbirləri davam edir. Baş nazirin müavini Bəşir Atalay, xarici işlər naziri Əhməd Davudoğlu və digər nazirlər zəlzələ bölgəsindədirlər.
Edremit rayonunda saat 21.30-da Rixter cədvəli üzrə 4,5 gücündə daha bir zəlzələ baş vermişdir. Seysmoloqlar yeraltı təkanların davam edəcəyini bildirmiş, insanlara evlərinə girməməyi tövsiyə etmişlər.