Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

Bolqarıstan və Çexiya avrozonaya daxil olmağa tələsmir

Ödəyicilik qabiliyyətini itirmiş Yunanıstanın düşdüyü maliyyə böhranı və bununla bağlı Avropada yaranmış gərginlik, avro ətrafında dolaşan spekulyasiyalar avrozonaya qoşulmaq istəyən ölkələrin qarşısında ciddi maneəyə çevrilmişdir.
Avrozonada davam edən böhran fonunda Avropa İttifaqının yeni üzvləri Bolqarıstan və Çexiya yaxın gələcəkdə milli valyutalarını avro ilə əvəz etməyə cəhd göstərməyəcəklər.
Bu fikir Çexiyanın Baş naziri Petr Neças ilə onun bolqar həmkarı Boyko Borissov arasında keçirilmiş məsləhətləşmələrdə səsləndirilmişdir. Almaniyanın DPA agentliyinin yaydığı məlumata görə, hər iki ölkə borc içində olan bir birliyə qoşulmaq niyyətində deyildir.
Avrozonada hadisələrin inkişafını yaxından izləyəcəklərini bəyan edən hökumət başçıları, eyni zamanda, ölkələrinin səmərəli büdcə siyasəti yürüdəcəyini bildirmişlər.
Çexiya 2004-cü, Bolqarıstan isə 2007-ci ildən Avropa İttifaqının üzvdür. Hər iki ölkə Aİ-yə üzv olarkən avroya keçəcəklərini elan etsələr də, bununla bağlı konkret və icbari müddət yoxdur.
Hazırda avrozona 17 Avropa İttifaqı ölkəsini əhatə edir.