Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

Yunanıstanda dövlət qulluqçuları və təqaüdlər azaldılır

Yunanıstan hökuməti beynəlxalq kreditorların dövlət büdcəsi kəsirini azaltmaq barədə təkliflərinə uyğun olaraq dövlət məmurlarının sayının və təqaüdlərin azaldılması barədə tədbirlər paketini qəbul edib.

Kabinetin altı saat yarım çəkən iclasından sonra hökumət nümayəndəsi İlias Mosialos bu ilin sonunadək Əmək ehtiyatları təşkilatına keçiriləcək dövlət qulluqçularının sayının 30 minə çatacağını bildirib. Daha öncə bu rəqəmin 20 min olacağı gözlənilirdi.

Həmçinin ayda 1,2 min avrodan çox təqaüd alanların təqaüdləri azaldılacaq. Həmçinin erkən təqaüdə çıxmış şəxslərin də təqaüdlərinin azaldılması nəzərdə tutulur.

Mosialosun sözlərinə görə, bu tədbirlər 2014-cü ilədək Yunanıstan iqtisadiyyatının dəstəklənməsi proqramının həyata keçməsinə kömək edəcək.