Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

Avropa zonası: çoxüzlü borc böhranı

Xoşbəxt borcluların hamısı bir-birinə oxşayır, bədbəxt borcluların hərəsi bir cür bədbəxtdir. Məşhur romanın ilk sətirləri indi Avrozonadakı borc böhranına münasibətdə məhz belə səslənərdi. Buraya daxil olan bir sıra ölkələr hazırda kəskin  maliyyə problemləri yaşayır, lakin həb ayrı halda qabarıq ifadə olunmuş milli spesifika özünü göstərməkdədir. Bu, böhranla mübarizəni xeyli uzadır və çətinləşdirir, belə ki, hər dəfə fərdi qərarlar tələb edir.

 

İrlandiya: rekord büdcə kəsiri

Adətən borclu ölkənin ciddi problemləri barədə üç əsas göstərici: büdcə kəsirinin ümumi daxili məhsula nisbətən ölçüləri, ÜDM-lə müqayisədə dövlətin yığdığı summar borc və dövlət borcunun mütləq rəqəmi xəbər verir. Bütün bu parametrlər, təbii ki, sıx əlaqədədir, lakin konkret şəraitdən asılı olaraq, onlardan biri mühüm rol oynamağa başlayır.

Beləliklə, Avropanın Eurostat statistika idarəsinin məlumatlarına əsasən, İrlandiyanın büdcə kəairi 2010-cu ilin yekunlarına görə ÜDM-in 32,4%-ni təşkil etmişdir. Bu başgicəlləndirən rəqəmlə müqayisədə 10,5% təşkil edən yunan kəsiri az görünürdü. Amma bu o demək deyil ki, İrlandiyadakı vəziyyət Yunanıstanda olduğundan üç dəfə pisdir. Sadəcə, İrlandiyanın spesifikası ondan ibarətdir ki, Dublin hökuməti bank sektorunun inkiçafına böyük məbləğdə pul qoymaqla, qısa müddət ərzində büdcəni dağıtmışdır. Ona görə də, Avropa İttifaqının stabilləşmə fondundan kreditlər verilməsinə tələb olmuşdur. Perspektivdə bütün bunlar ölkə borcunun kəskin artmasına səbəb ola bilər. Elə buna görə də, Moody’s agentliyi iyulun 12-də İrlandiyanın reytinqini “zibil” səviyyəsinə qədər endirmişdir. O, narahatdır ki, 2013-cü ilin sonuna bu ölkəyə Aİ-nin yardımı lazım ola bilər.

 

Yunanıstan: borcun ÜDM-lə təhlükəli nisbəti

İrlandiyanın ümumi borcu hələ ki, yüksək olsa da, tam dağıdıcı deyil: ÜDM-in 96,2%-i qədərdir. Yunanıstanda bu göstərici 2010-cu ilin sonunda 142,8%- çatmış, hazırda isə KİV-in məlumatına görə, Avropa məkanı üçün rekord – ÜDM-in 160%-ni ötmüşdür. Afinadan hazırda daxil olan həyəcan siqnallarından ən mühümü budur.

Borcun və iqtisadi gücün bu cür nisbəti ilə borca götürülmüş pullar olduqca xəyali görünür.

Əlbəttə, kişik Yunanıstan üçün son məlumatlara görə 330 mlrd. avroya çatmış borc son dərəcə yüksəkdir. Lakin Aİ və BVF-in həcmi 750 mlrd. avro olan stabilləşmə fondu üçün görünür, bu məbləğ  gücü çatan yükdür.

 

İtaliya: borcun qorxunc ölçüləri

İtaliya – tam başqa mənzərə. Avropa zonasının böyüklüyünə görə üçüncü iqtisadiyyatının borc səviyyəsi 2010-cu ilin sonuna ÜDM-in 119%-ni təşkil etmişdir. Bu, Yunanıstandan sonra Avropa məkanında ən aşağı göstəricidir.

Əslində artıq 1,84 trln. avronu ötmüş borcun mütləq ölçüləri bu nisbi göstəricidən daha təhlükəlidir. Bazarları da narahat edən məhz budur. Məhz bu, Avropa Mərkəzi bankının anonim nümayəndəsini Die Welt qəzetinə verdiyi müsahibədə stabilləşmə fondunun 1,5 trln. avroya qədər artırılmasının zəruriliyindən danışmağa vadar etmişdir.

Beləliklə, Avropa məkanında ən yüksək dövlət kəsiri  İrlandiyadadır, Yunanıstanda borcun ÜDM-ə nisbəti ən əlverişsizdir, İtaliyanın borcu ən böyül ölçüdədir. Bir problemin üç tərəfi bunlardır və müvafiq olaraq, maliyyə sağlamlığı üçün üç müxtəlif ssenari tələb edir.

 

Hazırladı: M.Yeganə

www.banker.az