Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Dünya

Harry Potter – The Boy Who Lived ... 

Bu il  iyul ayının 7-də Trafalgar meydanında 7 hissədən ibarət möhtəşəm romanın son hissəsinin premyerası keçirildi. Filmin qəhrəmanlarının bir çoxu öz göz yaşlarını saxlaya bilməmişdilər. Bu filmdən ayrılmağı onlardan daha çox tamaşaçılar istəmirdi. Çünki elə uşaqlar var ki, onlar filmə baxmaqla kifa-yətlənməmiş, J.K.Rowlingin məşhur romanını da oxumuşdular. Harri Potter və onun başına gələn əhvalatlar haqqında olan kitablar bunlardır: Harri Potter və Fəlsəfə Daşı (Harry Potter and the Philosopher’s Stone); Harri Potter və Sirli otaq (Harry Potter and the Chamber of Secrets); Harri Potter və Azkabanın Dustağı (Harry Potter and the Prisoner of Azkaban); Harri Potter və Od Kuboku(Harry Potter and the Goblet of Fire); Harri Potter və Simurq Ordeni (Harry Potter and the Order of Phoenix); Harri Potter və Mələz Şahzadə (Harry Potter and the Half-Blood Prince); Harri Potter və Ölüm Hədiyyələri (Harry Potter and the Deathly Hallows)...  Hər filmin davametmə müddəti təxminən 100-160 dəqiqə arasındadır. Hər filmin büdcəsi 150-250 milyon dollar arasında dəyişir. Filmlər Böyük Britaniya istehsalıdır və aktyorların çoxu məhz Britaniyalıdır. Harry Potteri canlandıran Daniel Radcliffe bu filmdən ayrılmağın onun üçün olduqca çətin olduğunu bildirdi. Onun bu sözlərinə qoşulan Hermione Grangerin ifaçısı Emma Watson, Ron Weasleyi canlandıran Rupert Grint, Ginny Weasley ifa edən Bonnie Wright və bir çoxları əlavə etdilər ki, bu filmin çəkilmə müddətində onlar çoxlu dost qazandılar. Kitabların təxminən 400 milyon kopyası 67 dilə tərcümə olunub. Harri Potter kitabını Joan 4 saatlıq qatar yolunda olarkən yazıb. ABŞ-da 80 mln, Almaniyada 15,5 mln, Rusiyada 13,5 mln, Böyük Britaniyada 8mln, Kanada da 6 mln, Avstraliya və Yeni Zenlandiyada 5,3 mln, İtaliyada 3,7 mln, Polşada 2,2 mln, Litvada isə 2,1 milyon kitab satılıb. Məhz bu kitabların sayəsində Joan Britaniyanın ən varlı qadını olmaqla yanaşı, çoxsaylı mükafatların sahibinə çevrilmişdir. Film əsasında bütün aktyorlar çox məşhur olsalar da, onlar yenə də öz fanatları ilə görüşlər keçirir, onların suallarına cavab verirlər. 10 il bundan əvvəl başlamış hər şey sona yetdi...Amma bir çoxları demişkən: ``Harry Potter filmi bitsə də, onun sehrli dünyasının qapıları bağlansa da, bu  film bizim yaddaşımızda 10 il uşaqlığımızın ən sevimli filmi olaraq qalacaq...``


P.S: Bu ilin iyul ayının 14-də Bakıda filmin son hissəsinin premyerasında tamaşaçıların arasında mən də var idim. Film çox gözəl idi və çoxdan gözlədiyimiz son gəlib çatmışdı. Zaldakı “Potter həvəskarları”nın çoxu göz yaşlarını saxlaya bilmədi...Filmin sonunda alqış səsləri zalı bürümüşdü. Məncə möhtəşəm filmin möhtəşəm sonu məhz belə də olmalı idi. Bizim üçün möhtəşəm sonluq, Potter üçün yeni bir başlanğıcdır...

  Əzizova Gülər